Son dəqiqə
Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Azərbaycanda bu sənədə 21 ildir əməl edilmir

Cəmiyyət
“Azərbaycanda bakalavr pilləsində təhsil müddətinin azaldılması ilə bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi gündəmə gətirilib. Sual olunur. İndi niyə?”

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev bildirib.

“Bilirik ki, Azərbaycan Universitetləri 2005- ci ilə “Boloniya Bəyannamə”sinə qoşulub. Bu bəyanmamənin 1- şərti budur:
Bakalavr təhsili 3- 4 il, magistratura təhsili 1-2 il nəzərdə tutulsun.

Bəyannamənin bu şərtinə 21 ildir ki, əməl olunmur. Yəni bizdə 3 illik bakalavr təhsili yoxdur. Əslində bu prosesi pedaqoji ixtisaslar üçün həyata keçirmək mümkün deyil. “Pedaqogika, “Psixologiya” və  “Fəlsəfə” fənlərinin tədrisi azı 2- 3 semestr olmalıdır. Riyaziyatın, Fizikanın, Kimyanın və Biologiyanın tədrisi metodikası da elə 2-3 semestr tədris olunmalıdır.
Yaxşı müəllim hazırlığı üçün bu fənlərin yeni proqramı yazılmalıdır. Onsuz da “Fəlsəfə”nin tədrisini demək olar ki ali məktəblərdən yığışdırıblar.

Digər tərəfdən bakalavr təhsilinin indiki müddətində pedaqoji kadrlar hazırlamaq mümkün deyil. Elm və təhsil nazirliyinin keçirdiyi imtahanlarda bu acı həqiqəti görürük.

Ən düşündürücü məqam odur ki, tələbələr 4- illik bakalavr pilləsini bitirdikdən sonra imtahan vermək üçün hazırlıq kurslarına gedirlər”, – deyə o qeyd edib.\ölkə.az\