Cagdas.az xəbər verir ki, bunun üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklər layihəsinə əsasən, ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.
Layihə ilə müvafiq maddələrinə edilən dəyişikliklərə əsasən Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcəkdir.
Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Layihə ilə təklif olunan digər dəyişiklik məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlıdır.
Dəyişikliklər layihəsinin qəbulu ədliyyə orqanlarının tibb xidmətinin fəaliyyətinin daha səmərəli təşkilinə, həmin sahədə xidmət keçən hərbi qulluqçuların hüquqi statusunun dəqiq müəyyən edilməsinə, xüsusi rütbələrin verilməsi sahəsində vahid hüquqi mexanizmin formalaşdırılmasına və hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edəcək.\ölkə.az\
















