• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.3° Weather Columbus
$
1.7
€
1.9661
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu

14 Sentyabr, 26 / 12:10
A A

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür.

Sitat: “Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir”.

Bu fonda bəzi vətəndaşlar təklif edib ki, uşaqlar məktəbə 8 yaşından tez başlamasın, təhsil müddəti 10 il olsun və ibtidai siniflərdə proqram uşaqların yaşına daha uyğun qurulsun.

Nazirin çıxışı bu cür ssenarinin mümkünləşməsi üçün siqnal ola bilər? Yaxın dövrlərdə məktəblərlə bağlı radikal dəyişikliklər gözlənilirmi?

Çağdaş.Az xəbər verir ki, Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli deyib ki, nazirin açıqlamasını birbaşa məktəbə başlama yaşının dəyişdirilməsi və təhsil müddətinin qısaldılması ilə əlaqələndirmək düzgün olmaz:

“PISA nəticələri ciddi siqnaldır və nazir də məhz oxu savadlılığının sistemli şəkildə yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Xüsusilə bəzi bölgələrdə nəticələrin daha aşağı olması göstərdi ki, problemə ümumi yanaşmadan çox, səbəbləri düzgün müəyyənləşdirilmiş və hədəflənmiş tədbirlərə ehtiyac var. Çünki məktəbə başlama yaşının səkkizə qaldırılması və ya təhsil müddətinin 10 ilə endirilməsi ciddi sistem dəyişikliyidir. Belə qərar yalnız oxu savadlılığı göstəricilərinə əsasən verilə bilməz. Burada uşaqların inkişaf xüsusiyyətləri, məktəbə hazırlıq, ibtidai sinif proqramlarının məzmunu, müəllim hazırlığı və tədris metodikası kompleks şəkildə araşdırılmalıdır. Hazırda uşaqların birinci sinfə qəbulu mövcud qaydalara əsasən davam edir və 2026-2027-ci tədris ili üzrə qəbul prosesi də bu çərçivədə həyata keçirilib”.

Ekspert bildirib ki, yaxın dövrdə əsas diqqət məktəbə başlama yaşını dəyişməkdən əvvəl, mövcud sistem daxilində keyfiyyətin artırılmasına yönələcək:

“Xüsusilə ibtidai siniflərdə oxuyub-anlama, mətnlə işləmə və funksional savadlılığın inkişafı gücləndirilməlidir. Emin Əmrullayevin açıqlamalarında da problemin pedaqoji yanaşmalar və müəllimlərlə iş istiqamətində həllinə ehtiyac olduğu qeyd edilib. Ona görə də hazırkı mərhələdə bunu radikal dəyişikliklərin siqnalı kimi yox, təhsil sistemində hansı sahələrə daha ciddi müdaxilələrin lazım olduğunu göstərən mühüm diaqnostik nəticə kimi qiymətləndirmək lazımdır. Əgər gələcəkdə məktəbə başlama yaşı, təhsil müddəti ilə bağlı dəyişikliklər gündəmə gələcəksə, bunun geniş müzakirə və tədqiqatlardan, həmçinin pilot tətbiqlərdən sonra həyata keçirilməsi daha doğru yanaşma olar”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Tarixə düşəcək dəhşətli istilər – Hava xəbəri narahatlıq yaratdı

Sentyabr 14, 2026
Cəmiyyət

Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VİDEO

Sentyabr 14, 2026
Cəmiyyət

Yeni dərs ili başlayır – DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ

Sentyabr 14, 2026
Cəmiyyət

Bakı metrosunda hərəkət dayandı: yüzlərlə sərnişin qatarlarda qaldı – SƏBƏB AÇIQLANDI

Sentyabr 14, 2026
Cəmiyyət

Bu 12 yolda tıxac var - Siyahı

Sentyabr 14, 2026
Cəmiyyət

Həftənin ilk gününə olan hava proqnozu AÇIQLANDI

Sentyabr 13, 2026

XƏBƏR LENTİ

Bu halda işdən müavinət alacaqsınız - DETALLAR

14 Sentyabr, 26 / 12:50

Coşqun və Ucalın ölümünün şok detalları: 200-300 metr aralı olublar - VİDEO

14 Sentyabr, 26 / 12:36
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)

İran prezidenti bu xəbəri rəsmən AÇIQLADI

14 Sentyabr, 26 / 12:23

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu

14 Sentyabr, 26 / 12:10

Tarixə düşəcək dəhşətli istilər – Hava xəbəri narahatlıq yaratdı

14 Sentyabr, 26 / 11:56

Bazarda hamının axtardığı məhsul – Qiyməti sadəcə 70 qəpikdir…

14 Sentyabr, 26 / 11:43

“Kurtlar Vadisi” xəyal məhsulu deyilmiş – "Karahanlının oğlu" Kaşifoğluna görə istintaqa çağrıldı

14 Sentyabr, 26 / 11:29

Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VİDEO

14 Sentyabr, 26 / 11:15

İranda səfərbərlik elan edilir? – Milyonlarla insan orduya qoşulur

14 Sentyabr, 26 / 11:02

Azərbaycan nefti 120 dolları keçdi – Bakı nə qazanır, bahalaşma nə qədər davam edəcək?

14 Sentyabr, 26 / 10:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.