Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Azərbaycanın dövlət büdcəsində TARİXİ REKORD

İqtisadiyyat

2025-ci ilin dövlət büdcəsinin icrası Azərbaycanın müstəqillik tarixində rekord göstəricilərlə yadda qalıb. Dövlət büdcəsinin gəlirləri 39,2 milyard, xərcləri isə 38,6 milyard manat təşkil edib.

Çağdaş.Az Ajans.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin gəlirləri 39,2 milyard manata çataraq müstəqillik tarixində ən yüksək göstərici olub. Eyni zamanda dövlət büdcəsinin xərcləri də rekord həddə – 38,6 milyard manata yüksəlib.

V.Gülməmmədov qeyd edib ki, dövlət büdcəsinin icrasına dair qanun layihəsi parlamentdə geniş müzakirə olunub və Hesablama Palatasının rəyi millət vəkilləri tərəfindən müzakirələr zamanı əsas istinad sənədlərindən biri olub.