Son dəqiqə
Təhlükəli mallar bazardan geri çağırılacaq Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər
Reklam
Reklam

Bakıda “Mədəniyyət və hüquq: müasir çağırışlar” adlı forum keçirilir

Cəmiyyət

Bakıda “Mədəniyyət və hüquq: müasir çağırışlar” adlı forum keçirilir.

Cagdas.az-ın məlumatına görə, tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm xadimləri, deputatlar, eləcə də digər qurumların nümayəndələri iştirak edirlər.

Forum Azərbaycanın hüquq və mədəniyyət sahələrində müasir çağırışlara diqqət yetirmək və bu sahələrdəki inkişafları müzakirə etmək məqsədi daşıyır.

Tədbir çərçivəsində “Mədəniyyət və hüquq”, “Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz” və “Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri” mövzuları müzakirə ediləcək.

Forumda iştirak edən ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr edəcəklər.

Forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.(report)