• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.7° Weather Columbus
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda tıxaclarla mübarizə: İş qrafikini dəyişmək yetərlidirmi?

15 Sentyabr, 26 / 13:42
A A

Bakıda nəqliyyat sıxlığını azaltmaq üçün bu gündın dövlət qurumlarında iş qrafikində dəyişiklik edilib. İki ay ərzində aparılan monitorinqlə iş qrafikinin dəyişdirilməsinin nəqliyyat sıxlığına təsiri müəyyənləşdiriləcək.

Bəs yalnız iş qrafikini dəyişməklə nəqliyyat sıxlığını azaltmaq mümkündürmü? Başqa hansı tədbirlər görülməlidir?

Cagdas.az bildiriri ki Nəqliyyat eksperti Adil NəbiyevSfera.az-a açıqlamasında bildirib ki, dövlət qurumlarında iş saatlarının dəyişdirilməsi pik saatlarda nəqliyyat yükünün bölüşdürülməsinə kömək edə bilər.

Ekspertin sözlərinə görə, Bakıda tıxacların əsas səbəblərindən biri səhər və axşam saatlarında çox böyük insan və avtomobil axınının eyni vaxtda küçələrə çıxmasıdır. O qeyd etdi ki, işə başlama və işdən çıxma saatlarının mərhələli şəkildə təşkil edilməsi sıxlığınmüəyyən zaman intervalına bölünməsinə imkan verə bilər:

“İkiaylıq monitorinq nəticəsində bunun real təsirini rəqəmlərlə qiymətləndirmək mümkün olacaq. Ancaq Bakı kimi avtomobilləşmə səviyyəsi yüksək olan şəhərdə təkcə iş saatlarının dəyişdirilməsi problemi köklü şəkildə həll edə bilməz. Paralel olaraq kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə dövlət qurumları ilə yanaşı, iri özəl şirkətlər, biznes mərkəzləri, universitetlər və digər böyük işçi və tələbə axını yaradan müəssisələr üçün də mərhələli iş və dərs saatlarının tətbiqi təşviq edilməlidir. Məsələn, bütün müəssisələrin saat 09:00-da fəaliyyətə başlaması əvəzinə, müəyyən sektorların 08:00, 08:30, 09:00, 09:30 və 10:00-da işə başlaması nəqliyyat yükünün gün ərzində daha düzgün bölüşdürülməsinə kömək edə bilər”.

 

 

A.Nəbiyev qeyd edib ki, ikinci və ən vacib istiqamət ictimai nəqliyyatın cəlbediciliyinin artırılmasıdır. Onun fikrincə, insan şəxsi avtomobilini evdə qoyub avtobusa və metroya keçəcəksə, ona daha sürətli, rahat, təhlükəsiz və proqnozlaşdırıla bilən alternativ təqdim edilməlidir:

 

“Bunun üçün avtobusların sayının artırılması, sərnişin tələbatının yüksək olduğu marşrutlarda intervalların azaldılması və avtobus zolaqlarının əlaqəli şəbəkə şəklində qurulması vacibdir. Metro şəbəkəsinin genişləndirilməsi isə uzunmüddətli perspektivdə Bakının nəqliyyat probleminin həllində əsas vasitələrdən biri olmalıdır. Şəhərin girişlərində, xüsusilə Sumqayıt–Xırdalan, Abşeron və Bakı–Sumqayıt şosesi kimi yüksək yüklənmiş istiqamətlərdə “Park & Ride” sisteminin genişləndirilməsi də əhəmiyyətlidir. Sürücü avtomobilini şəhərin girişində təhlükəsiz dayanacaqda saxlayıb hərəkətini metro, avtobus və ya ekspres marşrutla mərkəzə davam edə bilməlidir. Məktəblərin yaratdığı nəqliyyat yükü də nəzərə alınmalıdır. Məktəb avtobuslarının geniş tətbiqi, məktəblərin qarşısında düzgün minib-düşmə zonalarının yaradılması və dərs saatlarının ərazilər üzrə optimallaşdırılması nəqliyyat sıxlığını azalda bilər”.

Ekspertin sözlərinə görə, parklanma siyasəti də nəqliyyatın idarə edilməsinin bir hissəsi kimi nəzərdən keçirilməlidir:

“Şəhərin mərkəzində uzunmüddətli küçə parklanmasının məhdudlaşdırılması, qanunsuz ikinci cərgə parklanmasına qarşı nəzarətin gücləndirilməsi yolların faktiki hərəkət zolaqlarının avtomobillər tərəfindən tutulmasının qarşısını ala bilər. Bakıda bəzi küçələrdə yol kifayət qədər geniş olsa da, nizamsız dayanma və parklanma nəticəsində bir və hətta iki hərəkət zolağı itirilir”.

O, həmçinin işıqforların real vaxtda nəqliyyat axınına uyğun işləyən ağıllı idarəetmə sistemlərinə keçirilməsini, problemli yolayrıclarında hərəkətin yenidən təşkilini və qəza və ya nasaz avtomobillərin yoldan operativ şəkildə kənarlaşdırılması üçün mexanizmin yaradılmasını vacib hesab edir:

“Şəhərə daxil olan yük avtomobillərinin hərəkət saatlarının optimallaşdırılması, tikinti və kommunal işlərin pik saatlardan kənarda aparılması, eləcə də iri ticarət obyektlərinə mal çatdırılmasının qeyri-pik saatlara keçirilməsi də nəqliyyat yükünü azalda bilər”.

Ekspert Bakıda tıxac probleminə yalnız yolların genişləndirilməsi prizmasından yanaşmağın düzgün olmadığını hesab edir:

“Əsas məqsəd avtomobillərin hərəkətini deyil, insanların hərəkətini daha səmərəli təşkil etmək olmalıdır. Dövlət qurumlarında iş qrafikinin dəyişdirilməsi bu baxımdan yaxşı başlanğıcdır. Lakin ikiaylıq monitorinq zamanı yalnız həmin qurumların yerləşdiyi ərazilərdə tıxacın azalmasına deyil, əsas magistrallarda orta hərəkət sürətinə, pik saatların müddətinə, avtobusların intervalına, ictimai nəqliyyatın səfər vaxtına və insanların şəxsi avtomobildən ictimai nəqliyyata keçib-keçmədiyinə də baxılmalıdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi

Sentyabr 15, 2026
Cəmiyyət

Azərbaycanın valyuta ehtiyatları 90 milyard dolları keçdi

Sentyabr 15, 2026
Cəmiyyət

Bu sahədə bahalaşma olacaq

Sentyabr 15, 2026
Cəmiyyət

Bu rayonlara leysan yağacaq – hava PROQNOZU

Sentyabr 15, 2026
Cəmiyyət

Azərbaycanla Ermənistanın ticarət dövriyyəsi 18 milyon dolları keçib

Sentyabr 15, 2026
Cəmiyyət

Bu hallarda işçilərə əlavə pul ödənilməlidir

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi

15 Sentyabr, 26 / 14:33

Azərbaycanın valyuta ehtiyatları 90 milyard dolları keçdi

15 Sentyabr, 26 / 14:20

Bu sahədə bahalaşma olacaq

15 Sentyabr, 26 / 14:08

Bu rayonlara leysan yağacaq – hava PROQNOZU

15 Sentyabr, 26 / 13:55

Bakıda tıxaclarla mübarizə: İş qrafikini dəyişmək yetərlidirmi?

15 Sentyabr, 26 / 13:42

Azərbaycanla Ermənistanın ticarət dövriyyəsi 18 milyon dolları keçib

15 Sentyabr, 26 / 13:29

Lavrov: Rusiya Qərbdə dondurulmuş valyuta ehtiyatlarını geri qaytaracaq

15 Sentyabr, 26 / 13:17

Bu hallarda işçilərə əlavə pul ödənilməlidir

15 Sentyabr, 26 / 13:16

265 milyon manat artım olub – Nazirlik elan etdi

15 Sentyabr, 26 / 13:03

Bakı yollarında sıxlıq: Metroda, qatarda və yollarda vəziyyət – FOTO – VİDEO

15 Sentyabr, 26 / 12:53
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.