Son dəqiqə

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

Manşet

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.