• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.9° Weather Columbus
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bəzi qurumlarında islahatlar nəticə vermir – Zahid Oruc

21 Sentyabr, 26 / 15:51
A A

Hesab edirəm ki, bir sıra qurumlarda, agentliklərdə və komitələrdə aparılan islahatlar öz nəticəsini vermir.

Cagdas.az-ın xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Xətai rayonu üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan şəxslərin sayı 235 nəfərdir:

“Bir neçə islahatdan sonra qalan işçi sayı bu qədərdir. Bu gün yol işıqlandırmasında lampaya bir qurum, dirəyə başqa qurum baxır. Bununla problem həll etmək olar?! Dövlət qurumlarında işə qəbulla bağlı çevik mexanizm yaradılmalıdır ki, İmişlidə ucqar kənddə yaşayan vətəndaş işə açıq və şəffaf şəkildə qəbul ola bilsin”.

Zahid Oruc struktur və kadr dəyişikliklərinin xidmətlərin təşkilinə təsir etdiyini də bildirib:

“Təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlarla əlaqələrin və koordinasiyanın qurulmasını çətinləşdirir. Konkret əməllərində qanunsuzluq və cinayət olanları cəzalandırın, kənarlaşdırın. Ancaq qalan insanları tapana və yeni şəxslər həmin böyük təcrübəni toplayana qədər zaman lazımdır. Təcrübə bir günün içərisində yaranmır”.

Komitə sədri həmçinin icbari tibbi sığortada deputatların belə keçə bilmədiyi baryerlərin yarandığını deyib:

“Deputatlar üçün icbari tibbi sığorta haqqı kifayət qədər yüksək məbləğdir. Amma icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb və tibbi xidmət almaq üçün hətta deputatların da keçə bilmədiyi maneələr yaranıb. Bu, özəl tibb müəssisələrinin gəlirlərinin azalmasına, vətəndaşların yenidən icra hakimiyyəti orqanlarına və parlament üzvlərinə müraciət etməsinə səbəb olur. Vətəndaşlar əvvəlcə dövlət xəstəxanalarında müalicə və əməliyyatlara yönləndirilir, yalnız imtina cavabı aldıqdan sonra özəl tibb müəssisələrinə göndəriş əldə edə bilirlər. Bu prosedur təcili müalicəyə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün çətinlik yaradır”.

Zahid Oruc sərhəd kəndlərində məskunlaşmanın qorunmasının vacibliyini də vurğulayıb:

“Bakının əhalisinin mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır. Bu, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil və əmək bazarına təzyiqi artırır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Kənddə elektrik və qaz tariflərini azaltmaq, ipotekanı bölgələrdə vermək, emal müəssisələrinə sıfır vergi siyasəti aparmaq, müəllim və həkimlərin ödənişlərini artırmaq lazımdır. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss etməlidir. Əgər poçtu, tibb məntəqəsini bağlayırıqsa, məktəb də bağlanmaq vəziyyətində qalırsa, kəndin özünün varlığı sual altına düşür. Bizim boşalan kəndlərimizə qayıdış proqramına ehtiyacımız var. İnsanlar həmin bölgələrdə yaşasın, ekoloji təmiz məhsul istehsal etsin və kənd turizmi inkişaf etsin”.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Gələn il müəllimlərin maaşı artacaq, məktəblər təmir olunacaq

Sentyabr 21, 2026
Cəmiyyət

Hava yenidən qızır: temperatur 34 dərəcəyə yüksələcək

Sentyabr 21, 2026
Cəmiyyət

Sabah bütün pensiyalar ödəniləcək

Sentyabr 21, 2026
Cəmiyyət

Ramiz Mehdiyev və köməkçisinin məhkəməsi başladı

Sentyabr 21, 2026
Cəmiyyət

Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

Sentyabr 21, 2026
Cəmiyyət

Bu şəxslərə ödəniş ediləcək – SƏBƏB AÇIQLANDI

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Gələn il müəllimlərin maaşı artacaq, məktəblər təmir olunacaq

21 Sentyabr, 26 / 16:04

Bəzi qurumlarında islahatlar nəticə vermir – Zahid Oruc

21 Sentyabr, 26 / 15:51

Pezeşkian sabah Nyu-Yorka gedir – Proqramı AÇIQLANDI

21 Sentyabr, 26 / 15:39

Hava yenidən qızır: temperatur 34 dərəcəyə yüksələcək

21 Sentyabr, 26 / 15:26

Sabah bütün pensiyalar ödəniləcək

21 Sentyabr, 26 / 15:12

Ramiz Mehdiyev və köməkçisinin məhkəməsi başladı

21 Sentyabr, 26 / 14:58

Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

21 Sentyabr, 26 / 14:43

Bu şəxslərə ödəniş ediləcək – SƏBƏB AÇIQLANDI

21 Sentyabr, 26 / 14:28

Bu halda maşınınızı əlinizdən alacaqlar

21 Sentyabr, 26 / 14:16

Azərbaycanda daha hansı banklar birləşdiriləcək? – Mərkəzi Bank açıqladı

21 Sentyabr, 26 / 14:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.