Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Böyük Britaniya kralı xəstəliyi ilə bağlı xalqa müraciət edəcək

Dünya

Böyük Britaniya Kralı III Çarlz xərçəng xəstəliyi ilə apardığı mübarizə barədə ictimaiyyətə açıq müraciət etməyə hazırlaşır.

Cagdas.az-ın Daily Mail nəşrinə istinadən verdiyi məlumata görə, monarxın videomüraciəti “Cancer Research UK” təşkilatı ilə “Channel 4” telekanalının birgə həyata keçirdiyi “Stand Up To Cancer 2025” kampaniyası çərçivəsində yayımlanacaq.

Müraciətdə Kral III Çarlz ona qoyulan diaqnozdan, xəstəliklə mübarizə prosesindən və bu müddətdə qazandığı şəxsi təcrübədən bəhs edəcək. O, xərçənglə mübarizədə cəmiyyətə dəstək və maarifləndirmə mesajları verməyi planlaşdırır.

Videomüraciətin “Channel 4” telekanalında yerli vaxtla saat 20:00-da, Bakı vaxtı ilə isə saat 00:00-da efirə getməsi nəzərdə tutulur.