Son dəqiqə
İkardi “Qalatasaray”a qayıdır? Rusiya Azərbaycandan gətirilən pomidorları məhv edəcək İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi – FOTO ADY hava ilə bağlı sərnişinlərə çağırış etdi XİN-dən Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım – FOTO Bank kartlarına tətbiq edilən yeni qaydaların mahiyyəti açıqlandı Sertifikatlaşmadan keçməyən müəllimlər köməkçi təyin edilsin! – TƏKLİF İlham Əliyev onu “Dostluq” ordeni ilə təltif etdi Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb Yağıntılı hava nə vaxtadək davam edəcək?
Reklam
Reklam

Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi

İqtisadiyyat

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen bu gün Brüsseldə səfirlərin konfransında bildirib ki, “Orta Dəhliz” əvvəllər qeyri-sabit olan Cənubi Qafqaz regionunda ticarət və əməkdaşlığı normaya çevirəcək, region ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək.

Çağdaş.Az xəbər verir ki, qlobal layihələr və onların Avropa üçün əhəmiyyəti barədə danışan Avropa Komissiyasının rəhbəri Asiyadan Avropaya malların çatdırılma müddətini 30 gündən 15 günə endirəcək “Orta Dəhliz”dən bəhs edib.

Fon der Lyeyenin sözlərinə görə, “bu dəhliz həmçinin Cənubi Qafqazın keçmiş müharibə aparan ölkələrini bir-biri ilə və Avropa ilə birləşdirəcək”.

“İkinci Dünya Müharibəsindən sonra kömür və polad Avropanı birləşdirdiyi kimi, bu yeni dəhliz də dəyişkən bir bölgədə ticarət və əməkdaşlığı normaya çevirə və təkcə Avropaya deyil, həm də sülhə yol aça bilər”, – deyə o vurğulayıb.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Aİ-nin bu bölgəyə, eləcə də Afrika və Yaxın Şərqə yatırdığı investisiyalar Avropa İttifaqına müsbət tərəfdaşlıqlar inkişaf etdirməyə imkan verir./Referans Media/