Son dəqiqə
Reklam
Reklam

Paşinyan Avrasiya İttifaqının tədbirinə getmədi – onlayn qatıldı

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının (AHS) iclasında videokonfrans vasitəsilə iştirak edir.

Cagdas.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda AHS-nin iclası məhdud tərkibdə keçirilir. Toplantıda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları iştirak edirlər. Ermənistanın baş naziri isə tədbirə videobağlantı ilə qoşulub.

Daha sonra şuranın geniş tərkibdə iclasının keçirilməsi planlaşdırılır. Bu toplantıda nümayəndə heyətləri, eləcə də müşahidəçi ölkələrin rəhbərliyi iştirak edəcək.\modern.az\