• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.6° Weather Columbus
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu halda maşınınızı əlinizdən alacaqlar

21 Sentyabr, 26 / 14:16
A A

Etibarnamə ilə nəqliyyat vasitəsinin “alınması”, xalq arasında geniş yayılsa da, Mülki Məcəllənin tələblərinə görə mülkiyyət hüququnun keçməsi sayılmır və alıcı üçün ciddi risklər yaradır.

Cagdas.az  “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu təcrübənin ən təhlükəli tərəflərindən biri etibarnamə verən şəxsin, yəni avtomobilin rəsmi sahibinin vəfat etməsi halında ortaya çıxır. Hüquqi baxımdan bu məqam alıcı üçün kifayət qədər mürəkkəb bir prosesin başlanğıcı hesab olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, etibarnamə verən fiziki şəxsin ölümü ilə ona verilmiş etibarnamənin hüquqi qüvvəsinə dərhal xitam verilir. Bu o deməkdir ki, avtomobilin rəsmi mülkiyyətçisi dünyasını dəyişdiyi andan etibarən əlinizdəki etibarnamə tamamilə hökmsüz və etibarsız sənədə çevrilir. Həmin nəqliyyat vasitəsini köhnə etibarnamə ilə idarə etməyə davam etmək qanunsuzdur və Yol Patrul Xidməti tərəfindən saxlanıldıqda avtomobilin cərimə meydançasına aparılması ilə nəticələnə bilər. Dominos pizza

Etibarnamə xitam olunduqdan sonra avtomobil vəfat etmiş şəxsin miras əmlakının tərkibinə daxil edilir. Qanunla müəyyən edilmiş qaydada, miras qoyan şəxsin vəfatından sonra altı ay ərzində onun vərəsələri (birinci növbədə həyat yoldaşı, övladları və valideynləri) notariat kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdırlar. Yalnız vərəsəlik rəsmiləşdirildikdən sonra həmin şəxslər avtomobilin tam hüquqlu mülkiyyətçilərinə çevrilirlər.

Bu mərhələdə alıcının aqibəti böyük ölçüdə vəfat edənin vərəsələrinin mövqeyindən asılı olur. Əgər vərəsələr avtomobilin faktiki olaraq satıldığını və pulunun ödənildiyini qəbul edirlərsə, vərəsəlik müddəti bitdikdən sonra şəhadətnaməni alaraq nəqliyyat vasitəsini Baş Dövlət Yol Polisi İdarəsində alıcının adına tam rəsmiləşdirə bilərlər. Lakin vərəsələr alqı-satqı faktını inkar edərsə və ya avtomobili miras kimi öz aralarında bölüşdürmək istəsələr, hüquqi üstünlük tamamilə onların tərəfində olacaq.

Avtomobili etibarnamə ilə alan şəxs ödədiyi məbləği qorumaq üçün alqı-satqını sübut edən sənədlərə, bank köçürmə qəbzlərinə, yazılı dilxətlərə və ya şahid ifadələrinə əsaslanmalıdır. Bu cür sübutlar mövcud olduqda, alıcı vərəsələrə qarşı məhkəmə qaydasında iddia qaldıraraq avtomobil üçün ödənilmiş pulun miras hesabından geri qaytarılmasını tələb edə bilər. Bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün nəqliyyat vasitələrini etibarnamə ilə deyil, yalnız Baş Dövlət Yol Polisi İdarəsində rəsmi alqı-satqı müqaviləsi bağlamaqla əldə etmək tövsiyə olunur.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu şəxslərə ödəniş ediləcək – SƏBƏB AÇIQLANDI

Sentyabr 21, 2026
Cəmiyyət

Azərbaycanda daha hansı banklar birləşdiriləcək? – Mərkəzi Bank açıqladı

Sentyabr 21, 2026
Cəmiyyət

Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq

Sentyabr 21, 2026
Cəmiyyət

Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı

Sentyabr 21, 2026
Cəmiyyət

Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

Sentyabr 21, 2026
Cəmiyyət

Bakıda ev qiymətinə qaraj: Binanın parkinqi kimindir? – ARAŞDIRMA

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

Bu şəxslərə ödəniş ediləcək – SƏBƏB AÇIQLANDI

21 Sentyabr, 26 / 14:28

Bu halda maşınınızı əlinizdən alacaqlar

21 Sentyabr, 26 / 14:16

Azərbaycanda daha hansı banklar birləşdiriləcək? – Mərkəzi Bank açıqladı

21 Sentyabr, 26 / 14:03

Azərbaycanda veteranların sosial təminatı ilə bağlı yeni sənəd hazırlanacaq

21 Sentyabr, 26 / 13:49

Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı

21 Sentyabr, 26 / 13:35

Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

21 Sentyabr, 26 / 13:21

Bakıda ev qiymətinə qaraj: Binanın parkinqi kimindir? – ARAŞDIRMA

21 Sentyabr, 26 / 13:08

“Şamaxinka”da bu avtobuslar saxlamayacaq

21 Sentyabr, 26 / 12:55

Azərbaycana yük gətirib, yük aparan ölkələrin SİYAHISI

21 Sentyabr, 26 / 12:41

Lənkəran Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

21 Sentyabr, 26 / 12:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.