Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Bu halda neftin qiyməti 120 dollara çata bilər – Bloomberg

İqtisadiyyat

Yaxın Şərqdə dəniz marşrutlarında gərginliyin daha da artması halında dünya bazarında neftin bir barelinin qiyməti 120 dollara yüksələ bilər.

Çağdaş.Az bildirir ki, bu barədə Bloomberg “Goldman Sachs” analitiklərinə istinadən məlumat yayıb.

Bankın qlobal əmtəə araşdırmaları üzrə həmsədri Daan Struyven bildirib ki, əgər Yaxın Şərqdən neft ixracı tam bərpa olunarsa, qiymətlər yenidən bir barel üçün təxminən 80 dollar səviyyəsinə enə bilər.

Məlumata görə, sentyabrın 1-də ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında mina yerləşdirmək cəhdi və ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumuna cavab olaraq Amerika qüvvələrinin İran obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Tramp ertəsi gün ABŞ hərbi qüvvələrinin Hörmüz boğazında 28 gəmini zərərsizləşdirdiyini bildirib. Sentyabrın 3-də isə o, boğaz vasitəsilə neft daşımalarının yenidən bərpa olunduğunu açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan memorandum imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaları pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı hava zərbələrini yenidən bərpa edib.

Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazından dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin isə 20 faizi həyata keçirilir. Bu səbəbdən bölgədə baş verən istənilən gərginlik qlobal enerji bazarlarında qiymətlərin kəskin dəyişməsinə səbəb ola bilər.