Son dəqiqə
Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Bu planetin diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşdi – Nə baş verib?

Cəmiyyət
Günəşə ən yaxın planet olan Merkurinin formalaşmasından bəri diametrinin 23 kilometrdən çox azaldığı müəyyənləşib. Əvvəlki hesablamalarda bu göstəricinin maksimum 14 kilometr olduğu bildirilirdi.

Cagdas.az “Spiegel”ə istinadən xəbər verir ki, Yaponiya və Almaniya alimləri Merkurinin səth görüntülərini yenidən təhlil edərək bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Geophysical Research Letters” jurnalında dərc olunub.

Alimlərin fikrincə, planetin daha çox kiçilməsi onun daha böyük metal nüvəyə malik olduğunu göstərə bilər. Digər ehtimallara nüvədə yüngül elementlərin azlığı və Merkurinin formalaşdığı dövrdə temperaturun daha yüksək olması daxildir.

Təxminən 4,5 milyard il əvvəl yaranan Merkuri soyuduqca kiçilib və bu proses səthində qırılmalar, qırışıqlar və dağ silsilələrinin yaranmasına səbəb olub. Meteor və asteroid zərbələrinin isə bəzi ərazilərdə bu izləri silmiş ola biləcəyi ehtimal edilir.

Merkurinin səthinin daha dəqiq xəritəsi “BepiColombo” missiyası çərçivəsində hazırlanacaq. Avropa kosmik aparatı noyabrın 21-də planetin orbitinə daxil olaraq onun səthini 50 metrədək dəqiqliklə xəritələndirəcək.(publika)