Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Deputat: “İki aydır nazirə zəng edirəm, cavab vermir”

Cəmiyyət
“İki aydır elm və təhsil naziri Emin Əmirullayevə zəng eləyirəm, onu tapa bilmirəm”.

Cagdas.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 21-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu il İmişli rayonun Qaradonlu kənd tam orta məktəbinin yaradılmasının 120 ili tamam olur. S.Aran deputat seçildiyi rayonda yerləşən adışəkilən təhsil ocağının yubileyinin qeyd olunmasını istəyir.

“Zəng elədim, cavab vermədi. Axı, sənin köməkçin, ya da sən bu 4 nömrəli telefon var. İşin çoxdu, köməkçin cavab versin. Və maraqlan, deputat sənə zəng eləyir də, hansısa Qasım, Həsən, Hüseyn yox. Görün, Səxavət müəllimə zəng eləyirsiniz. Nə məsələdir? Deyin ki, nə məsələdir. 2 ay, 3 ay, 4 aydır cavab vermir e! Nə köməkçisi cavab verir, nə də özü”, – o bildirib.

Deputat eyni zamanda bəzi məktəblərdə direktorların olmaması ilə bağlı məsələyə toxunub.
“Ölkədə bir çox məktəblərdə direktorlar yoxdur. Direktor olmadan necə keyfiyyətli dərs keçmək olar?”, – S.Aran vurğulayıb. \ölkə.az\