Milli Məclisin deputatları tətilə çıxıb.
Cagdas.az xəbər verir ki, parlamentin 2025-ci il payız sessiyasının sonuncu plenar iclası bu gün, – dekabrın 30-da keçirilib.
Sonuncu iclasdan sonra deputatlar tətilə çıxıb.
Qeyd edək ki, Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 16 gün tətildə olacaqlar.
















