Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Əli Kərimli və Məmməd İbrahimli DTX-də dindiriliblər

Gündəm

AXCP sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin bu gün Dövlət Təhlükəsizliyi Xidmətində dindirilmələri məlum olub.

“Cagdas.az”ın məlumatına görə, onlar barələrində aparılan araşdırma çərçivəsində dindiriliblər.

AXCP sədri Əli Kərimli və onun müşaviri evində axtarış aparılması zərurəti bir müddətdir yaranıb.

Belə ki, bu səbəbdən bu gün hər iki şəxsin evində axtarışlar aparılıb.

Buna səbəb DTX-nin müstəntiqlərinin Ramiz Mehdiyevin cinayət işi ətrafından apardığı araşdırmada Əli Kərimli və onun partiyasın “boz kardinal”la əlaqəsini sübut edəcək dəlillər və sübutlar toplamasıdır. Hazırda istintaq Ramiz Mehdiyevlə Əli Kərimli arasında cinayət məsuliyyəti yaradan əlaqələri araşdırır.

Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.

Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur./Report/