• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.2° Weather Columbus
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Emin Əmrullayev: Təmayül sinifləri 90 məktəbdə fəaliyyətə başlayır

15 Sentyabr, 26 / 10:11
A A

Bu il Azərbaycanda 125 mindən çox şagird birinci sinfə qədəm qoyur.

Cagdas.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir birinci sinfə başlayan şagirdləri, onların valideynlərini və müəllimləri Bilik Günü münasibətilə təbrik edib:

“İnanıram ki, bu tədris ili Azərbaycan məktəbi və ölkəmiz üçün faydalı, uğurlu olacaq. Qarşıda duran məqsədlərə doğru daha bir addım atacağıq”.

Emin Əmrullayev yeni tədris ilində təmayül siniflərinin əhatə dairəsinin genişləndirildiyini bildirib. Onun sözlərinə görə, əvvəl 14 məktəbdə tətbiq olunan model bu ildən 90 məktəbi əhatə edəcək.

“Bu model bir neçə baxımdan faydalıdır. Həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm də valideynlərə müəyyən mənada dəstək olur. Bu siniflərdə şagirdlər öz istək və seçimlərinə uyğun təmayül üzrə dərs alaraq daha yaxşı nəticələr göstərə bilərlər”, – nazir qeyd edib.

Əmrullayev bildirib ki, layihənin nəticələrinin bu və növbəti tədris ili ərzində qiymətləndirilməsi nəzərdə tutulur. Nəticələr uğurlu olarsa, təmayül sinifləri daha geniş miqyasda tətbiq edilə bilər.

Nazir bir çox ölkədə şagirdlərin doqquzuncu sinfi bitirdikdən sonra tam orta təhsilin son iki ilini ixtisaslaşmış məktəblərdə davam etdirdiyini xatırladıb.

Emin Əmrullayev məktəbəhazırlıq qruplarının əhatə dairəsinə də toxunub. O bildirib ki, səfər etdiyi məktəbdə birinci sinfə başlayan uşaqların 90 faizdən çoxu məktəbəhazırlıq mərhələsindən keçib:

“Xüsusilə şəhərlərdə bu məsələnin demək olar ki, 100 faizə yaxın həll olunduğunu düşünürəm. Məktəbə gələn uşaqların böyük əksəriyyətinin ən azı bir il məktəbəhazırlıq keçməsi vacib göstəricidir. İnanıram ki, bu, uzunmüddətli dövrdə onların təhsil nəticələrinə müsbət təsir göstərəcək”.

Nazir əlavə edib ki, müəllimlərin sertifikatlaşdırılması, tədris məzmununun və təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bənzər Xəbərlər

Cəmiyyət

Ruben Rubinyan: “Azərbaycanla sülhün əsas tərifinə nail olmuşuq”

Sentyabr 15, 2026
Cəmiyyət

Formula 1 Bakıdakı ünvanını dəyişə bilər?

Sentyabr 15, 2026
Cəmiyyət

Qızıl və gümüş ucuzlaşıb

Sentyabr 15, 2026
Cəmiyyət

Bu gün 124 min şagird 1-ci sinifə gedib

Sentyabr 15, 2026
Cəmiyyət

Moskva Gümrüdəki bazasının gələcəyindən danışdı

Sentyabr 15, 2026
Cəmiyyət

Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər – “İkinci paytaxt”

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Ruben Rubinyan: “Azərbaycanla sülhün əsas tərifinə nail olmuşuq”

15 Sentyabr, 26 / 11:10

Formula 1 Bakıdakı ünvanını dəyişə bilər?

15 Sentyabr, 26 / 10:59

Qızıl və gümüş ucuzlaşıb

15 Sentyabr, 26 / 10:47

Bu gün 124 min şagird 1-ci sinifə gedib

15 Sentyabr, 26 / 10:35

Moskva Gümrüdəki bazasının gələcəyindən danışdı

15 Sentyabr, 26 / 10:22

Emin Əmrullayev: Təmayül sinifləri 90 məktəbdə fəaliyyətə başlayır

15 Sentyabr, 26 / 10:11

Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər – “İkinci paytaxt”

15 Sentyabr, 26 / 9:57

1918 - 2026 15 sentyabr, Bakını azad edənlər Bakı qədər yaşayacaq

15 Sentyabr, 26 / 9:42

Azərbaycanda Bilik Günüdür

15 Sentyabr, 26 / 9:29

Temperatur kəskin şəkildə aşağı düşə bilər - ARAŞDIRMA

15 Sentyabr, 26 / 9:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.