Cagdas.az xəbər verir ki, o, aparıcının “Mükəmməl olmağa çalışmaq yaxşıdır?” sualını cavablandırarkən perfeksionizmə münasibətini bölüşüb.
O bildirib ki, mükəmməl olmağa çalışmaq insanı müəyyən çərçivəyə salır:
“Bu vəziyyət insanı müəyyən çərçivəyə salan haldır. Çünki düşüncəni məhdudlaşdırır. Ya hər şeyi gözəl edirsən, ya da heç nə etmirsən. Buna görə də bu bir məhdudiyyətdir. Sadəcə o mərhələyə çatanadək insan çox əziyyət çəkir. Mən isə bu vəziyyəti sevirəm. Mən perfeksionistəm və bunu öz təcrübəmə əsaslanaraq tam əminliklə deyə bilərəm”, – deyə bloger qeyd edib.
Qeyd edək ki, Rusiya vətəndaşı olan və Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
Sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist “Instagram”da öz səfəri haqqında geniş paylaşımlar edərək minlərlə istifadəçinin diqqətini çəkib.\ölkə.az\


