Son dəqiqə
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər!

Ermənistanın “Spayka” şirkəti Rusiyaya ixracı tam dayandırdı

Cəmiyyət

Ermənistanın iri kənd təsərrüfatı şirkətlərindən olan “Spayka” Rusiyaya meyvə-tərəvəz ixracını tamamilə dayandırıb.

Cagdas.az  xəbər verir ki, bunu şirkətin top-meneceri Karen Bağdasaryan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, qərar Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərlə əlaqədardır. Şirkət hazırda ixrac bazarlarını şaxələndirməyə çalışır və əsas diqqəti Şərqi Avropa ölkələrinə yönəldir.

Bağdasaryan iddia edib ki, yay-payız mövsümündə yeni bazarlara ixrac olunan məhsulların həcmi əvvəllər Rusiyaya göndərilən məhsulların həcminə yaxınlaşıb.

Şirkət rəsmisi Rusiyada “Spayka-Rus” şirkəti ilə bağlı aparılan məhkəmə prosesinə də münasibət bildirib. “Spayka-Rus” Ermənistandan Rusiyaya meyvə-tərəvəz məhsullarının idxalı ilə məşğul olub.

Bağdasaryanın sözlərinə görə, maliyyə fırıldaqları və vergidən yayınma iddiaları üzrə 2019-cu ildə başlanmış cinayət işinin heç bir əsası yoxdur. O, məhkəmənin şirkətə qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübuta yetirəcəyinə əminliyini ifadə edib.\modern.az\