Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Əziz Orucov azadlığa çıxdı

Cəmiyyət

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov azadlığa çıxıb.

Cagdas.az-ın məlumatına görə, Ə.Orucovun cəzası bu gün başa çatıb. Televiziya rəhbəri cəza çəkdiyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Xatırladaq ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilmişdi.

O, Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham edilmişdi./Oxu.az/