FİFA-nın keçmiş prezidenti Sepp Blatter təşkilatın hazırkı rəhbəri Gianni Infantinonu əvəz edə biləcək namizədin adını açıqlayıb.
Cagdas.az xəbər verir ki, Blatter bu barədə sosial şəbəkədəki hesabında yazıb.
FİFA-nın sabiq rəhbəri Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klavenessin namizədliyini dəstəkləyib.
“Klaveness böyük hörmətə layiqdir. O, həmişə aydın mövqe nümayiş etdirən və ümumi tendensiyaların arxasınca getməyən yeganə şəxs olub. Artıq FİFA-ya qadının rəhbərlik etməsinin vaxtıdır”, – deyə Blatter bildirib.
Qeyd edək ki, Klaveness vaxtilə Norveç millisinin futbolçusu olub. Bu günədək FİFA-ya heç vaxt qadın rəhbərlik etməyib.
Daha əvvəl məlum olmuşdu ki, Gianni Infantino növbəti seçkilərdə vəzifəsini qorumaq üçün ABŞ Prezidenti Donald Tramp administrasiyasından dəstək istəyəcək. Seçkilərin gələn il martın 18-də keçirilməsi planlaşdırılır.(sfera.az)















