İranın ali rəhbəri Müctəba Xameneinin Ofisinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.
Cagdas.az xəbər verir ki, bəyanatda Xamenei barədə sosial şəbəkələrdə yayılan və ali rəhbərlə əlaqələndirilən bəzi məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.
Bəyanatda bildirilib ki, Ayətullah Müctəba Xamenei ilə bağlı xəbərlərin və digər materialların yayılması üçün yeganə rəsmi mənbə ali rəhbərin Ofisinin rəsmi informasiya portalı və onun çıxışlarının nəşri üzrə rəsmi platformadır. Bu çərçivədən kənarda yayılan məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur.
Qeyd olunub ki, son günlər sosial şəbəkələrdə ali rəhbərə istinad edilən bəzi sitatlar yayılıb və bu məlumatlar cəmiyyətdə çaşqınlıq, parçalanma və fikir ayrılığı yaratmağa xidmət edir.
Bəyanatda həmçinin sosial şəbəkələrdə prezidentin məktubuna ali rəhbərin reaksiyası ilə bağlı yayılan iddiaların tamamilə yalan olduğu bildirilib.
Ofis hesab edir ki, cəmiyyətdə parçalanma yaradan və dövlət rəsmiləri haqqında əsassız ittihamlar səsləndirən məlumatlar İranın düşmənlərinin məqsədlərinə xidmət edir.(modern.az)
















