İstanbul Baş Prokurorluğunun göstərişi ilə “Anahat Holdinq”ə bağlı şirkətlərdə əməliyyat keçirilib. Əməliyyat çərçivəsində “Gain Medya” da daxil olmaqla holdinq və şirkət rəhbərliyindən üç nəfər saxlanılıb.
Cagdas.az “Haber Global”a istinadən xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığı Baş Prokurorluğun tapşırığı əsasında Anahat Holdinqin tərkibində fəaliyyət göstərən şirkətlərdə əməliyyat keçirib. Əməliyyat “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ağır dələduzluq” ittihamları ilə həyata keçirilib.
Jandarma əməkdaşları holdinqə və ona bağlı şirkətlərdə axtarışlar aparıb, səlahiyyətli üç şəxs saxlanılıb. Bildirilib ki, Berkin Kaya, Selahattin Aydın və Barbaros Reşat Gülcan barəsində həbs qərarı verilib.
















