• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9845
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

20 Avqust, 26 / 21:10
A A

“Güzəştli mənzil” sistemində mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edilib.

Çağdaş.Az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) məlumat yayıb.

Bildirilib ki, güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçim üsulu ilə bağlıdır. “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq “ünvan üzrə” seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində “Mənzillər” bölməsi (04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq “xəritə üzərində” və “parametrlər üzrə” axtarış üsulları aktivləşəcək.

Xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər. Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.

Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1-ci və ya 2-ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.

Növbəti yenilik “Seçimlər” mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.

Daha bir yenilik isə mənzil seçimi etdikdən sonra imzalama prosesi ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş “Güzəştli mənzil” sistemi vasitəsilə keçirilən mənzil seçimi prosesi çərçivəsində seçim zamanı “Təsdiq et” düyməsini sıxdıqdan sonra dərhal “Ərizəçi” statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.

Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində “Mənzillər” bölməsinə, “Güzəştli mənzil” sistemində isə “Demo satış” bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər.

Qeyd edək ki, “Güzəştli mənzil” sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Bənzər Xəbərlər

İqtisadiyyat

Əhalinin banklardan götürdüyü 10 milyardlıq kreditin gizlinləri – Kimlər qazanır?

 

Avqust 20, 2026
İqtisadiyyat

Prezidentdən MÜHÜM FƏRMAN: oktyabrın 1-dən...

Avqust 20, 2026
İqtisadiyyat

Tanınmış iş adamı qadın mağazasından sonra “İlyasın kafesi”ni də BAĞLADI

Avqust 20, 2026
İqtisadiyyat

ŞAD XƏBƏR - Gözlənilən ucuzlaşma başladı

Avqust 19, 2026
İqtisadiyyat

Ölkədə avtomobillərin sayı iki milyona yaxınlaşır

Avqust 19, 2026
İqtisadiyyat

Baş nazirdən maaşlarla bağlı QƏRAR

Avqust 19, 2026

XƏBƏR LENTİ

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

20 Avqust, 26 / 22:26

Tatlısəsin doğulduğu mağara… – VİDEO

20 Avqust, 26 / 22:07

Məşhur klinika cərimələndi

20 Avqust, 26 / 21:49

Yaqub Eyyubov Moskvaya gedir- MDB liderlərinin görüşü hazırlanır

20 Avqust, 26 / 21:31

Günay Əliyevaya vəzifə verildi

20 Avqust, 26 / 21:14

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

20 Avqust, 26 / 21:10

“Bu yoldan üzü o tərəfə ölümdür...” - Gecələr xüsusilə ehtiyatlı olun - VİDEO

20 Avqust, 26 / 20:56

Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı

20 Avqust, 26 / 20:41

Qapalı hövzədə silah tranziti: Bakı hansı təhdidlərlə üz-üzədir?

20 Avqust, 26 / 20:27

Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq

20 Avqust, 26 / 20:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.