Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Həcc ziyarəti dayandırıla bilər? – Səudiyyədən AÇIQLAMA

Cəmiyyət

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Xüsusilə də, Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları vəziyyəti qəlizləşdirib. Məhz son proseslər fonunda  müqəddəs torpaqlarda – Məkkə və Mədinəyə zəvvarların ziyarətlərinin təhlükəsizliyi məsələsi gündəmə gəlib. Diqqətçəkən məqamlardan biri də zəvvarların Kəbəyə ziyarətlərinin dayandırılması ehtimalıdır.

Cagdas.az –a açıqlamasında səudiyyəli jurnalist Əhməd Hələbi bildirib ki, Məkkə və Mədinəyə ziyarətlərlə bağlı hər hansı məhdudiyyət yoxdur:

“Hazırda heç bir məhdudiyyətlər qoyulmayıb. Allaha şükür Ümrə zəvvarlarının sayı artır və Həcc müqavilələri ilə bağlı hazırlıq işləri normal qaydada davam edir”, – deyə Əhməd Hələbi qeyd edib.

Səudiyyəli jurnalist ölkəsinin Məkkə Sazişinə uyğun olaraq, Türkiyə və Pakistandan kömək istəyib-istənməyəcəyi məsələsinə isə belə cavab verib: “Hələ ki, belə bir addım atılmayıb. Bu, siyasətçilərin işidir”.\modern.az\