Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

Hicabsız qaçan yüzlərlə qadına cinayət işi açıldı

Cəmiyyət

Tehran Prokurorluğu sentyabrın 18-də Velayət parkında keçirilən 10 kilometrlik qaçış yarışı ilə bağlı cinayət işi açıb.

Cagdas.az  xəbər verir ki, yarışda qadın və kişilər iştirak edib. Yarış zamanı bəzi qadın iştirakçıların hicab qaydalarına əməl etməməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Prokurorluq yarış zamanı “qanuni və dini qaydalara əməl edilmədiyini” bildirib.

“Fars” agentliyinin məlumatına görə, təşkilatçılar yarışın Daxili İşlər Nazirliyi və Tehran Atletika Federasiyasının icazəsi ilə keçirildiyini deyiblər. Federasiya isə iştirakçılardan İslam qaydalarına və hicab tələblərinə riayət edəcəklərinə dair yazılı öhdəlik alındığını açıqlayıb.

Tehran vilayətinin İdman Departamentinin rəhbəri Həbib Satude-Nejad bildirib ki, tədbirə icazə regional təhlükəsizlik şurası tərəfindən verilib. Qaydaları pozduğu müəyyən edilən idmançılarla bağlı inzibati və intizam tədbirləri görüləcək.\modern.az\