Son dəqiqə
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı “Barselona”nın prezidenti Bakıda mahnı oxudu, plov yedi, pivə içdi Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz – Valideynlərin nəzərinə! “Miss Kainat-2026” gözəllik müsabiqəsində qalmaqal düşdü Azərbaycanlıların ən çox getdiyi ölkələr – SİYAHI Paşinyan medianı məhkəməyə verdi – 11 min dollar tələb edir “Sabah”- “Barselona” oyunu ilə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul edib Müharibə veteranları məktəblərdə dərs deyəcəklər Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

Dünya

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) Hörmüz boğazı yaxınlığında Oman körfəzinə doğru cənuba doğru hərəkət edən tankerin naməlum mərmi ilə vurulduğuna dair məlumat yayıb.

Çağdaş.Az xəbər verir ki, hadisə Omanın Lima sahil yaşayış məntəqəsindən səkkiz dəniz mili şərqdə baş verib; naməlum mərmi tankerin liman tərəfinə dəyib və yanğına səbəb olub.

Tələfat və ya ətraf mühitə ziyan dəyməyib və araşdırma davam edir.

Axios portalı iki ABŞ rəsmisinə istinadən xəbər verib ki, İran ordusu bazar ertəsi axşamı Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb.

Portalın mənbələrinə görə, iki ticarət gəmisinə ciddi ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Nəşr qeyd edir ki, Tehranın zərbələri üç həftə əvvəl imzalanmış və İranın Hörmüz boğazında hücumları dayandırmağa razılıq verdiyi anlaşma memorandumunun pozulması kimi qiymətləndirilir.

Axios proqnozlaşdırır ki, ABŞ, çox güman ki, İran hədəflərinə qarşı cavab zərbələri endirəcək./Musavat.com