İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan ilkin razılıq əldə ediblər.
Cagdas.az xəbər verir ki, bu barədə Al Arabiya telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazının açılması ilə bağlı razılaşma yaxın günlərdə rəsmi şəkildə elan oluna bilər. Bunun üçün sənəd İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənməlidir.
Bildirilir ki, təklif olunan razılaşma 60 gün müddətinə hesablanıb və bu dövrdə dəniz gəmiçiliyinin bərpasını nəzərdə tutur. Məqsəd mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq və texniki danışıqlara başlamaqdır.
Layihəyə əsasən, Hörmüz boğazına daxil olan gəmilər İrana yaxın gəmiçilik dəhlizindən, boğazdan çıxan gəmilər isə Omana yaxın dəhlizdən istifadə edəcəklər.
Mənbənin məlumatına görə, minalardan təmizləmə və digər zəruri texniki prosedurlarda region ölkələrinin də iştirakı mümkün hesab edilir.(modern.az)
















