İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi hədələrə və iqtisadi təzyiq bəyanatlarına kəskin reaksiya verib.
Cagdas.az xəbər verir ki, diplomat özünün “X” (keçmiş Twitter) sosial şəbəkə hesabında paylaşım edərək Vaşinqtonun siyasətini sərt şəkildə tənqid edib.
“Sözdə ‘iqtisadi D günü’ Amerikanın öz daxili böhranını – görünməmiş borc səviyyəsini və onun ödənilməsi üçün sürətlə artan xərclərini gizlətməyə yönəlmiş diqqətdən yayındırma manevridir. Bu uğursuz siyasətin davam etdirilməsi yalnız yeni məğlubiyyətlərə və iranlılar tərəfindən düşmənçiliyin daha da artmasına gətirib çıxaracaq. ABŞ-ın iqtisadi terrorizmi bütövlükdə qlobal iqtisadiyyatı və dünya dövlətlərinin suverenliyini təhdid edir”, – deyə İran XİN rəhbəri vurğulayıb.(musavat.com)
















