• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

19 Avqust, 26 / 20:52
A A

Rusiyada ticarət mərkəzlərinin 10 faizə qədəri fəaliyyətini dayandıracaq. Bu isə Rusiyanın bazar və ticarət mərkəzlərində çalışan azərbaycanlıların da vəziyyətini çətinləşdirə bilər.

Çağdaş.Az xəbər verir ki, Rusiyada yüzlərlə ticarət mərkəzinin bağlanacağı ilə bağlı məlumatı “İzvestiya” nəşri bazar iştirakçılarının proqnozlarına istinadən yayıb.

“Umbrella Consulting Group” konsaltinq şirkətinin idarəedici tərəfdaşı Kirill Aqapovun sözlərinə görə, gələn ilin sonunadək Rusiyada 150-200 ticarət obyektinin fəaliyyətini dayandırması mümkündür. Bir sıra ticarət mərkəzlərinin isə fəaliyyət istiqamətini dəyişəcəyi gözlənilir.

Ekspertin fikrini Rusiya Ticarət Mərkəzləri İttifaqı da bölüşüb. Analitiklər belə bir ssenarini ölkənin daxili bazarı üçün kifayət qədər real hesab edirlər.

Bununla belə, ticarət mərkəzlərinin tamamilə yox olması gözlənilmir. Bir çox obyektlərdə icarəçilərin tərkibi dəyişdiriləcək, mağazalar üçün ayrılan sahələr azaldılacaq, onların yerində restoranlar, əyləncə məkanları, fitnes zalları, xidmət sahələri, ofislər və tibb müəssisələri yaradılacaq.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər ticarət mərkəzlərinə bazardakı yeni reallıqlara uyğunlaşmağa imkan verəcək. Ənənəvi ticarət mərkəzi modeli – mümkün qədər çox mağazanı bir məkanda toplamaq və böyük müştəri axını yaratmaq – əvvəlki effektivliyini itirib.

Buna səbəb kimi əhalinin daha çox qənaət etməyə başlaması, Qərb brendlərinin Rusiya bazarından çıxması və internet ticarətinin, xüsusilə marketpleyslərin sürətlə genişlənməsi göstərilir. Onlayn platformalarda endirimlər və loyallıq proqramları hesabına məhsulların daha ucuz təklif edilməsi də ənənəvi mağazalara tələbi azaldır.

Prosesin Rusiyada çalışan azərbaycanlılara hansı şəkildə təsir edəcəyi maraq doğurur.

Rusiyanın ticarət mərkəzləri və bazar sektorunda azərbaycanlıların uzun illərdir mühüm çəkisi var. Xüsusilə Moskva və digər böyük şəhərlərin bazarlarında Azərbaycan mənşəli sahibkar və satıcıların fəaliyyət göstərdiyi məlumdur.

Bu səbəbdən ticarət obyektlərinin kütləvi şəkildə bağlanması və fəaliyyət formatının dəyişdirilməsi Rusiyada yaşayan və ticarətlə məşğul olan azərbaycanlıların da iş yerlərinə və gəlirlərinə təsir göstərə bilər. Hazırda isə konkret olaraq neçə azərbaycanlı ticarətçinin bu dəyişikliklərdən zərər görə biləcəyi barədə rəsmi statistika açıqlanmayıb./Referans Media/

 

Bənzər Xəbərlər

Dünya

Qarabağdan gedənlərin qapısı QIFILLANIR

Avqust 19, 2026
Dünya

İmran Xan Ərdoğanın xahişi ilə azadlığa çıxıb?

Avqust 19, 2026
Dünya

Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı – 384 milyard

Avqust 19, 2026
Dünya

BƏƏ İrana qarşı bütün ticarət və maliyyə əməliyyatlarını dayandırdı

Avqust 19, 2026
Dünya

Bu avtomobil markası 955 min avtomobili geri çağırdı

Avqust 19, 2026
Dünya

Ferrarinin ilk tam elektrikli modeli rekord qiymətə satıldı

Avqust 19, 2026

XƏBƏR LENTİ

Bu universitetin tələbələrinə ŞAD XƏBƏR

19 Avqust, 26 / 22:03

ŞAD XƏBƏR - Gözlənilən ucuzlaşma başladı

19 Avqust, 26 / 21:47

Qarabağdan gedənlərin qapısı QIFILLANIR

19 Avqust, 26 / 21:32

Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi – FOTO 

19 Avqust, 26 / 21:17

Ölkədə avtomobillərin sayı iki milyona yaxınlaşır

19 Avqust, 26 / 21:04

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

19 Avqust, 26 / 20:52

Anar Əliyev Azərbaycana gətirildi - VİDEO

19 Avqust, 26 / 20:37

Baş nazirdən maaşlarla bağlı QƏRAR

19 Avqust, 26 / 20:23

Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO

19 Avqust, 26 / 20:09

Sabah rayonlarda və Bakıda hava BELƏ OLACAQ — 20 AVQUSTUN PROQNOZU

19 Avqust, 26 / 19:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.