• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri – SİYAHI

12 Sentyabr, 26 / 16:54
A A

Əmək müqaviləsi ilə çalışan hər bir işçi ayın sonunda hesabına köçürülən məbləğin necə formalaşdığını bilməlidir. Lakin təcrübədə bir çox işçi əmək müqvailəsində  göstərilən əməkhaqqı ilə faktiki aldığı məbləğ arasındakı fərqi, əməkhaqqıdan hansı ödənişlərin tutulduğunu, ödənişlərin hara yönəldiyini bilmir.

Cagdas.az xəbər verir ki, qanunvericiliyə əsasən, işçinin əməkhaqqından əsas məcburi tutulmalara gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı daxildir.

Bununla belə, bu ödənişlərin hamısı eyni qaydada işçinin maaşından tutulmur. Bəzi ödənişlər həm işçi, həm də işəgötürən tərəfindən ayrıca ödənilir.

DSMF

İşçinin maaşından tutulan əsas məbləğlərdən biri məcburi dövlət sosial sığorta haqqıdır. Məcburi dövlət sosial sığorta haqqı-sığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. Məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri sığortaedənlər və sığortaolunanlardır.

Məcburi dövlət sosial sığortası

Məcburi dövlət sosial sığortası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi bütün kateqoriyalı işçilərin, o cümlədən ştatda olan, ştatdankənar, mövsümi və ya müvəqqəti xarakterli, habelə əvəzçiliklə işləyən və yaxud qısa müddətli, işləri görən, fərdi əmək müqaviləsi (kontraktı), fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar (mülki-hüquqi xarakterli müqavilələrə əsasən), həmçinin ev təsərrüfatından müvafiq müqavilə əsasında işləyən işçilərin əmək ödənişinə və gəlirlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məzənnələr üzrə hesablanır. Bu vəsait sosial sığorta sisteminin maliyyələşməsində istifadə olunur və gələcəkdə pensiya və digər sosial təminatlarla bağlı əhəmiyyət daşıyır.

İşsizlikdən sığorta

Digər tutulma işsizlikdən sığorta haqqıdır. İşçinin maaşından bu məqsədlə 0,5 faiz tutulur. Eyni zamanda işəgötürən də öz hesabına 0,5 faiz ödəyir.

İcbari tibbi sığorta 
Bu sığorta növü də əməkhaqqı hesablanarkən nəzərə alınan ödənişlərdəndir. Bu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda çalışanlar üçün bu sahədə yeni dərəcələr tətbiq edilir. 2 500 manatadək gəlir üzrə işçidən 2 faiz, 2 500 manatdan yuxarı hissə üzrə isə 0,5 faiz tutulur. İşəgötürən də öz payını ödəyir.

Gəlir vergisi

Gəlir vergisinin hesablanması isə işçinin gəlirinin məbləğindən, çalışdığı sektordan və tətbiq olunan güzəştlərdən asılıdır. 2026-cı ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda yeni gəlir vergisi dərəcələri qüvvəyə minib.

2 500 manatadək gəlir üçün 3 faiz dərəcə tətbiq edilir, daha yüksək gəlirlər üçün isə pilləli dərəcələr nəzərdə tutulur:

2 500 manatadək — 3%

2 500–8 000 manat — 75 manat + 2 500 manatdan yuxarı hissənin 10%

8 000 manatdan yuxarı — 625 manat + 8 000 manatdan yuxarı hissənin 14%.

Bəs əmək müqaviləsində işçinin aylıq əməkhaqqı 1 000 manat göstərilibsə, o, nə qədər, hansı məbləğdə əməkhaqqı alacaq?

Maaşın hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulan tutulmalar tətbiq olunur. 1000 manat əməkhaqqıdan 86 manat sosial sığorta, 5 manat işsizlikdən sığorta, 20 manat icbari tibbi sığorta və güzəşt və sektor nəzərə alınmaqla gəlir vergisi hesablanır. Əgər güzəşt yoxdursa, əməkhaqqının vergiyə cəlb edilən hissəsi 800 manatdır və gəlir vergisi 24 manat təşkil edəcək. Belə olduqda yekun ödəniləcək məbləğ 865 manat edir.

Qeyd edək ki, həmkar təşkilatlara və siyasi partiyalara üzv olduqda da əməkhaqqından müəyyən vəsait tutula bilər. Bu isə məcburi yox, könüllü xarakter daşıyır./bizim.media/

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının real əhalisi nə qədərdir?

Sentyabr 12, 2026
Cəmiyyət

Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır

Sentyabr 12, 2026
Cəmiyyət

Sabah leysan yağacaq, dolu düşəcək

Sentyabr 12, 2026
Cəmiyyət

Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı – Video

Sentyabr 12, 2026
Cəmiyyət

Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

Sentyabr 12, 2026
Cəmiyyət

Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI – Pulu 20 litr, çənə 17 litr?

Sentyabr 12, 2026

XƏBƏR LENTİ

Bakının real əhalisi nə qədərdir?

12 Sentyabr, 26 / 17:14

İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri – SİYAHI

12 Sentyabr, 26 / 16:54

Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır

12 Sentyabr, 26 / 16:34

Sabah leysan yağacaq, dolu düşəcək

12 Sentyabr, 26 / 16:17

Pezeşkiandan 10 milyard dollarlıq təklif

12 Sentyabr, 26 / 15:55

Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı – Video

12 Sentyabr, 26 / 15:36

Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

12 Sentyabr, 26 / 15:17

Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI – Pulu 20 litr, çənə 17 litr?

12 Sentyabr, 26 / 14:56

Qırx min azalma, boş qalan siniflər, ixtisara gedən müəllimlər – ARAŞDIRMA

12 Sentyabr, 26 / 14:37

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr, 26 / 14:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.