• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma

21 Avqust, 26 / 21:36
A A

İsrail və Türkiyə arasında Suriyaya görə qarşıdurma yeni mərhələyə keçib. İsrailin Türkiyə sərhədinə yaxın Əbu-Duhur aviabazasına endirdiyi zərbələr Ankara ilə Təl-Əviv arasında gərginliyi daha da artırıb.

Çağdaş.Az xəbər verir ki, “Financial Times” yazıb ki, İsrailin hücumundan sonra tərəflər bir-birini ittiham edib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak da zərbələri “lazımsız eskalasiya” adlandırıb.

Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, Dəməşq Əbu-Duhurda Türkiyə hərbçilərinin yerləşdirilməsinə icazə verməklə təhlükəsizlik sahəsində əldə olunmuş status-kvonu pozmağa yaxınlaşıb. Təl-Əviv əvvəllər də Dəməşqə Türkiyə qüvvələrinin bazada yerləşdirilməsinin İsrailin təhlükəsizliyinə təhdid yaradacağını xəbərdar edib.

Türkiyə isə İsrailin bu iddialarını əsassız sayır. Ankara İsraili Suriyada “ekspansionist və sabitliyi pozan siyasət” yürütməkdə ittiham edir.

Türkiyə Suriyada mövqelərini gücləndirir

Türkiyə Suriya prezidenti Əhməd Əl Şaraanın əsas müttəfiqlərindən biridir. Ankara Dəməşqə hərbi, texniki və logistika dəstəyi verir, Suriyanın dövlət institutlarının bərpasına kömək edir. Türkiyənin Suriyanın şimalında da minlərlə hərbçisi qalır.

İsrail isə Əhməd Əl Şaraa hökumətini potensial təhlükə hesab edir. Təl-Əviv xüsusilə Türkiyənin Suriyada daimi hərbi infrastruktur yaratmasından narahatdır. İsrail hesab edir ki, bu, onun Suriya hava məkanında hərbi fəaliyyət imkanlarını məhdudlaşdıra bilər.

Əbu-Duhur aviabazasında son vaxtlar bərpa işlərinə başlanılıb. Türkiyə mediasının məlumatına görə, türk nümayəndə heyəti İsrailin zərbələrindən cəmi bir neçə saat əvvəl bazaya baş çəkərək işlərin gedişini yoxlayıb. Aviabaza Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşir.

İsrail-Türkiyə münasibətləri Qəzza müharibəsi fonunda 2024-cü ildən kəskin pisləşib. Suriya məsələsi isə iki ölkə arasında əsas qarşıdurma nöqtəsinə çevrilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunda bəyan edib ki, Türkiyənin təhlükəsizliyi Hələbdən, Dəməşqdən və Beyrutdan başlayır. İsraildə Türkiyənin regionda artan təsiri artıq ayrıca təhlükəsizlik təhdidi kimi qiymətləndirilir və bəzi siyasətçilər və analitiklər Ankaranı “yeni İran” adlandırırlar.

Türkiyənin regional hərbi imkanlarının genişlənməsi də İsraildə narahatlıq doğurur. Avqustun əvvəlində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalayıb. Bundan başqa, Qətərdə təxminən 3 min, Somalidə isə 500-dən çox türk hərbçisi yerləşir.

İsrailin Türkiyə ilə əlaqəli Suriya obyektlərinə hücumu ilk dəfə deyil. Ötən il İsrail zərbələri Həma hərbi aerodromuna və Homsdakı hərbi obyektlərə ciddi ziyan vurub. Bu obyektlərdən Türkiyənin istifadə etməyi nəzərdən keçirdiyi bildirilirdi.

Ankara isə Suriya hökuməti ilə əməkdaşlığı davam etdirəcəyini və Suriyanın sabitliyinin pozulmasına imkan verməyəcəyini açıqlayıb.

Əbu-Duhur hücumu göstərir ki, İsrail və Türkiyənin Suriyada nüfuz uğrunda mübarizəsi artıq daha açıq xarakter alır. Türkiyənin Suriyadakı hərbi mövcudluğunun daha da genişlənməsi isə iki ölkə arasında birbaşa toqquşma riskini artırır./Publika.az

Bənzər Xəbərlər

Dünya

Hazırlıqlar başladı: bu iki ölkə birləşir – Rusiyadan AÇIQLAMA

Avqust 21, 2026
Dünya

Tehran buna görə plan hazırlamalıdır – Qalibaf

 

Avqust 21, 2026
Dünya

BMW 5, 7 və 8 seriyalarını geri çağırır – Təhlükəsizlik riski aşkarlanıb

Avqust 21, 2026
Dünya

Türkiyənin trekking marşrutları: Dağ zirvələrindən sonsuz  düzənliklərə möhtəşəm yürüş - FOTOLAR

 

Avqust 21, 2026
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread.   (AP Photo/Vahid Salemi)
Dünya

Trampın "ən böyük sanksiya əməliyyatı" açıqlamasına İrandan cavab gəldi

Avqust 21, 2026
Dünya

İlon Mask ABŞ iqtisadiyyatı üçün ən böyük riski açıqladı

Avqust 21, 2026

XƏBƏR LENTİ

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı – rəqəmlər açıqlandı

21 Avqust, 26 / 22:22

Anar Nəcəfliyə yeni vəzifə verildi

21 Avqust, 26 / 22:05

Azərbaycan cüdoçusu dünya çempionu oldu – FOTO

21 Avqust, 26 / 21:51

İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma

21 Avqust, 26 / 21:36

DİN bu şəxsləri işə dəvət edir - ELAN

21 Avqust, 26 / 21:20

Bu ərazilərdə evlər ucuzlaşır – Tələbə axını və metro məhdudiyyəti bazarı dəyişir

21 Avqust, 26 / 21:03

16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa… – Sorğu

21 Avqust, 26 / 20:48

Samuxda qarayaraya yeni yoluxma halları qeydə alınmır – Rəsmi

21 Avqust, 26 / 20:33

KMBİ saxta kredit səhifələri yaradan şəxsi saxladı

21 Avqust, 26 / 20:17

Hazırlıqlar başladı: bu iki ölkə birləşir – Rusiyadan AÇIQLAMA

21 Avqust, 26 / 20:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.