• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.1° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Keyfiyyətsiz ucuz qidalar bazardan çıxarılır, qiymətlər arta bilər – AÇIQLAMA

16 Sentyabr, 26 / 16:26
A A

Azərbaycanda qida təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2027–2032-ci illəri əhatə edən yeni Dövlət Proqramı təsdiqlənib. Proqram çərçivəsində qida məhsullarının təhlükəsizliyi, risklərin müəyyənləşdirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi əsas istiqamətlərdən olacaq.

Cagdas.az bildirir ki mövzu ilə bağlıMilli Məclisin deputatı Razi Nurullayev Modern.az-a açıqlama verib:

“Qida təhlükəsizliyi hər bir insanın gündəlik həyatına birbaşa toxunan məsələlərdəndir. Ona görə də yeni Dövlət Proqramını yalnız növbəti dövlət sənədi kimi deyil, insanların süfrəsində olan qidanın daha təhlükəsiz olması baxımından qiymətləndirmək lazımdır. Hansı məhsulların daha riskli olmasına gəlincə, bunu yalnız məhsulun yerli və ya xarici olması ilə əlaqələndirmək düzgün deyil. Ət və süd məhsulları, balıq, yumurta, həmçinin pestisid və digər kimyəvi maddələrin istifadəsi ilə bağlı bitkiçilik məhsulları daha ciddi nəzarət tələb edən sahələrdir. Əsas məsələ məhsulun necə istehsal edilməsi, saxlanması, daşınması və satışa çıxarılmasıdır”.

Onun sözlərinə görə, idxal məhsullarında da, yerli istehsalda da risklər ola bilər. Buna görə nəzarət mənşəyə görə deyil, riskə əsaslanmalıdır. Dövlət Proqramının üstün tərəfi də məhz bu yanaşmanın gücləndirilməsidir.

Deputat bildirib ki, laborator nəzarətin genişləndirilməsi və müasir analiz imkanlarının artırılması nəzərdə tutulur. Onlayn qida satışının genişlənməsi ilə yaranan risklər də proqramda nəzərə alınıb. Xüsusilə məhsulların saxlanması, daşınması, temperatur rejimi, etiketlənməsi və son istifadə müddəti kimi məsələlərə nəzarətin gücləndirilməsi vacibdir.

“Məncə, burada əsas hədəf cərimə yazmaq və ya sahibkarı cəzalandırmaq deyil. Məqsəd həm istehsalçını məsuliyyətli davranmağa təşviq etmək, həm də vətəndaşın aldığı məhsula güvənməsini təmin etməkdir. İnsan mağazadan və ya internetdən qida alanda onun təhlükəsiz olduğuna əmin olmalıdır. Yeni proqramın uğuru da məhz bununla ölçüləcək: kağız üzərində nə qədər tədbir yazıldığı ilə yox, vətəndaşın gündəlik həyatında qida təhlükəsizliyinin nə qədər yaxşılaşdığı ilə ölçüləcək” – R.Nurullayev söyləyib.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı açıqlamasında qeyd edib:

“Proqramın məqsədi qiymətləri və xərcləri artırmaq deyil, qida məhsullarının təhlükəsizliyini təmin etməkdir. İstehlakçı mağazadan aldığı məhsulun üzərindəki məlumatların reallığa uyğun olub-olmadığını laboratoriya yoxlaması olmadan müəyyən edə bilməz. Bu baxımdan, söhbət ilk növbədə insanların sağlamlığının və istehlakçı hüquqlarının qorunmasından gedir”.

Onun sözlərinə görə, yeni prosedurların tətbiqi ilkin mərhələdə sahibkarlar üçün müəyyən əlavə xərclər yarada bilər. Bunlara məhsulların laboratoriyada yoxlanılması, sertifikatlaşdırılması, uyğunluğun qiymətləndirilməsi, sənədləşmə, saxlama və izləmə kimi proseslər daxildir. Lakin bu xərclərin məhsulun ümumi dəyərində ciddi paya malik olacağı gözlənilmir.

X.Kərimli bildirib ki, bəzi məhsullar üzrə mövcud prosedurların təkmilləşdirilməsi qısa müddətdə müəyyən qiymət artımına səbəb ola bilər. Xüsusilə keyfiyyətsiz və standartlara cavab verməyən ucuz məhsulların bazara daxil olmasının qarşısının alınması nəticəsində istehlakçı daha keyfiyyətli, lakin nisbətən bahalı məhsullarla qarşılaşa bilər. Bununla belə, bu, birbaşa qiymət artırılması qərarı deyil, istehlak bazarında təhlükəsizliyin təmin olunmasına yönəlmiş tədbirdir.

“Keyfiyyətsiz və etiketdə göstərilən məlumatlara uyğun olmayan məhsulların bazara buraxılmaması müəyyən hallarda qiymət fərqi yarada bilər. Lakin burada əsas məqsəd daha təhlükəsiz və keyfiyyətli məhsulların istehlakçıya təqdim olunmasıdır. İxrac məsələsində isə əsas tələbləri məhsulun göndərildiyi ölkənin standartları və sertifikatlaşdırma qaydaları müəyyən edir”, – deyə o bildirib.

Bənzər Xəbərlər

Cəmiyyət

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

Sentyabr 16, 2026
Cəmiyyət

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

Sentyabr 16, 2026
Cəmiyyət

Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

Sentyabr 16, 2026
Cəmiyyət

Səudiyyə neftinin yolu bağlandı – Avropa Azərbaycana möhtacdır

Sentyabr 16, 2026
Cəmiyyət

Baş nazir qərar imzaladı

Sentyabr 16, 2026
Cəmiyyət

Bu məktəblər Mədəniyyət Nazirliyinin tabeliyinə verildi – QƏRAR

Sentyabr 16, 2026

XƏBƏR LENTİ

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

16 Sentyabr, 26 / 17:34

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

16 Sentyabr, 26 / 17:20

Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

16 Sentyabr, 26 / 17:07

Səudiyyə neftinin yolu bağlandı – Avropa Azərbaycana möhtacdır

16 Sentyabr, 26 / 16:53

Baş nazir qərar imzaladı

16 Sentyabr, 26 / 16:38

Bu məktəblər Mədəniyyət Nazirliyinin tabeliyinə verildi – QƏRAR

16 Sentyabr, 26 / 16:37

Keyfiyyətsiz ucuz qidalar bazardan çıxarılır, qiymətlər arta bilər – AÇIQLAMA

16 Sentyabr, 26 / 16:26

İran münaqişəsi Aİ-yə əlavə 90 milyard avroya başa gəlib

16 Sentyabr, 26 / 16:12

Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında – GÖRÜNTÜ

16 Sentyabr, 26 / 15:57

Ermənistanın “Spayka” şirkəti Rusiyaya ixracı tam dayandırdı

16 Sentyabr, 26 / 15:42
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.