Son dəqiqə
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb

Kirayədə qalanlara vacib xəbər: bu həddi keçmək olmaz

Cəmiyyət

Kirayə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsində 1 faiz limiti ilə bağlı qayda açıqlanıb.

Bu barədə Çağdaş.Az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Dominos pizza Vergi ödəyicisi mənzil kirayəsi haqqını elektron qaimə-faktura əsasında ƏDV ödəyicisi olan kirayəverənə ödədikdə, kirayə haqqının 50 faizi üzrə ƏDV məbləğini əvəzləşdirə bilər.

Lakin il başa çatmadan illik gəlirin 1 faizi həddinin necə tətbiq olunması ilə bağlı sual yaranır.

Dövlət Vergi Xidmətinin açıqlamasına görə, vergi ili ərzində işçilərlə bağlı mənzil xərcləri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirildikdən sonra ilin yekunlarına əsasən həmin xərclərin müəyyən olunmuş normadan artıq olduğu müəyyən edilərsə, normadan artıq hissəyə görə əvvəl əvəzləşdirilmiş ƏDV məbləğləri dəqiqləşdirilməlidir.

Bu halda müvafiq dövrə və ya dövrlərə dəqiqləşdirilmiş hesabat təqdim edilməli, artıq əvəzləşdirilmiş ƏDV məbləği isə hesablanmış faizlərlə birlikdə dövlət büdcəsinə ödənilməlidir.

Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın və Vergi Məcəlləsinin müvafiq müddəalarına əsaslanır.