Son dəqiqə
Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər! KKTC Prezidenti Erhürman İsveç səfiri ilə Kipr məsələsini müzakirə edib Türkiyə ilə Ermənistan arasında müntəzəm yük uçuşları başladı Hörmüz boğazında gərginlik artır: Tankerlərin minaya düşdüyü bildirildi İrandan ABŞ-la bağlı yeni hərbi iddia: MQM-170 yerə endirildi Ermənilər Nəsimi Musayevin işini məhkəməyə göndərdilər

“Kredit borcunuzu silirik” – Vətəndaşlara XƏBƏRDARLIQ

Cəmiyyət

Sosial şəbəkələrdə vətəndaşlara müəyyən məbləğ qarşılığında bank olmayan kredit təşkilatlarındakı (BOKT) kredit borclarının silinəcəyi vəd edilir. Bu cür vədlərlə bağlı diqqətli olmaq lazımdır.

Cagdas.az  qeyd edir ki, bunu Plat.az-a açıqlamasında hüquqşünas, vəkil və bank-iqtisad məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O, qeyd edib ki, vətəndaş müəyyən ödəniş edir, daha sonra həmin şəxslər profili bağlayaraq aradan çıxırlar. Bu, cinayət xarakterli əməldir və insanlar belə vədlərə inanmamalıdırlar:

“Qarşı tərəfi tanımırsansa, onun verdiyi vədə necə inanmaq olar? Məntiqlə düşünmək lazımdır. Həmin şəxslər böyük məbləğdə olan borcu hansı vasitə ilə silə bilərlər? Həm də bunu kiçik bir ödəniş qarşılığında etmələri məntiqli deyil.

Belə hallarla üzləşən şəxslər polisə müraciət edə bilərlər. Bu zaman yazışmaların, danışıqların, ödəniş qəbzlərinin, sosial media hesablarının və digər mümkün sübutların saxlanılması vacibdir. Bu materiallar hadisənin araşdırılması və şəxslərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər”.