Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitry Medvedev bildirib ki, Qərb ölkələri əsrlərdir Rusiyanın sərhədləri boyunca yeni münaqişə ocaqları yaratmağa çalışır.
Çağdaş.Az xəbər verir ki, Medvedyev bu fikirləri Cənubi Osetiyada nəşr olunan “Yujnaya Osetiya” qəzetinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Qərbin əsas strategiyası Rusiya ilə tarixi əlaqələri olan ölkələri Moskvaya qarşı qarşıdurmaya cəlb etməkdən ibarətdir.
“Qərb əsrlər boyu Rusiyanın sərhədləri boyunca yeni gərginlik ocaqları yaratmağa çalışıb. Onların üstünlük verdiyi taktika başqalarının əli ilə hərəkət etmək, Rusiya ilə tarixi bağları olan xalqları və dövlətləri Moskvaya qarşı qarşıdurmaya cəlb etməkdir”, – deyə Medvedyev vurğulayıb.
















