Son dəqiqə
Əgər 50 yaşdan yuxarısızsa, bu qidaları YEYİN Qızıldan bahalı göbələk – İtlərin köməyi ilə yığılır Qonşu ölkələrdə ən yaşlı deputatlar: 90 yaşlı siyasətçi, 86 yaşlı akademik… – ARAŞDIRMA Azərbaycan iqtisadiyyatında İKİNCİ NƏFƏS: Neftdən sonra ən böyük sərmayə axını başladı – milyardlar axacaq Məmur olmadan əvvəl hansı vəzifələri tutublar? – Nazirlərin keçmişi Bu ərazilərdə yaşayanlara SEVİNDİRİCİ XƏBƏR: Ev və torpaq qiymətləri bahalaşır Türkiyə ilə İsrail arasında dərin əlaqələr: sensasion faktlar üzə çıxdı – FOTOLAR İcra başçısı təyin edilən Hacıbaba Babayev kimdir? Sərnişinlər üçün bu ərazilərdə dəyişiklik edildi – FOTO Gədəbəy rayonuna icra başçısı təyin olundu
Reklam
Reklam

“Məni heç kim mühakimə edə bilməz, hesabımı Allaha verəcəyəm”

Maqazin

Müğənni Günel Zeynalova sosial şəbəkə hesabında İranda baş verən hadisələrlə bağlı paylaşım edib.

Cagdas.az xəbər verir ki, sənətçi paylaşımında müharibənin bütün formalarına qarşı olduğunu bildirib və yaşanan zorakılıqlara etirazını ifadə edib.

“Biz əlimizdən gələni eşitdirməkdirsə, sevə-sevə. Məni heç kim mühakimə edə bilməz. Hesabımı Allaha verəcəyəm, ona görə də qoy hamı öz işi ilə məşğul olsun.

Dini, irqi nə olursa-olsun, müharibədən nifrət edirəm. İnsanların savaşmasını sevmirəm. Adı üstündə – müharibə. Hər şey olması lazım olan sistemdə irəliləyir. Səssizləşən vicdanlar, vicdansız ölkələr arasında edilən qətliamlar… Bunlara “dur” deyəcək Rəbbim. Sənə yalvarıram, Səndən böyüyü yoxdur. Gözümdə, qəlbimdə bu zülmlər bitsin.

Verdiklərinə, vermədiklərinə, aldıqlarına, almadıqlarına, yaşadıqlarımıza şükürlər olsun. Yaratdığın biz insanları doğru yolumuzdan ayırma”, – deyə G.Zeynalova qeyd edib.(ölkə.az)