Cagdas.az xəbər verir ki, bunu keçmiş təhsil naziri naziri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Misir Mərdanov bildirib.
“Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir.
Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram”, – deyə o qeyd edib.\ölkə.az\















