• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19° Weather Columbus
$
1.7
€
1.9593
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Müasir fizikada ciddi problem aşkarlandı: Kainat asimmetrik ola bilər

26 Dekabr, 25 / 23:46
A A

Kainatın forması və quruluşu qəbul edildiyindən qat-qat daha mürəkkəb ola bilər. 

Cagdas.az xəbər verir ki, beynəlxalq alimlər qrupu bu qənaətə gəlib. Tədqiqat müəllifləri göstəriblər ki, “kosmik dipol anomaliyası” adlanan fenomen müasir kosmologiyanın əsas sütunlarından birini — kainatın bütün istiqamətlərdə eyni olması təsəvvürünü şübhə altına alır.

Müasir standart kosmoloji model (ΛCDM) kainatın orta hesabla homogen və izotrop olduğunu, yəni müşahidə istiqamətindən asılı olmayaraq eyni göründüyünü qəbul edir. Bu fərziyyə Böyük partlayışın “əks-sədası” hesab olunan relikt mikrodalğalı şüalanma məlumatlarına əsaslanır və həmin şüalanma doğrudan da səmanın demək olar ki, hər yerində eynidir.

Lakin bu şüalanmada nəzərəçarpacaq asimmetriya — dipol aşkar edilib: səmanın bir tərəfi bir qədər “isti”, əks tərəfi isə “soyuqdur”. Bu xüsusiyyət təkbaşına Günəş sisteminin hərəkəti ilə izah olunur və nəzəriyyəyə zidd sayılmır. Problem o zaman yaranır ki, analoji dipol kainatda maddənin — qalaktikaların və kvazarların paylanmasında axtarılır.

Hələ 1980-ci illərdə astronomlar bir test təklif etmişdilər: əgər standart model doğrudursa, maddənin paylanmasındakı dipol relikt şüalanmanın dipolu ilə üst-üstə düşməlidir. Lakin müasir məlumatlar bunun belə olmadığını göstərir: istiqamətlər uyğun gəlir, lakin qiymətlərin böyüklüyü fərqlənir.

“Biz aşkar etdik ki, kainat Ellis–Bolduin adlanan testi keçmir. Maddə dipolu relikt şüalanmanın dipoluna uyğun gəlmir”, deyə tədqiqat müəllifləri bildiriblər.

Onların sözlərinə görə, bu uyğunsuzluq həm yerüstü radioteleskoplardan, həm də kosmosdan infraqırmızı diapazonda aparılan müşahidələrdən əldə olunan müxtəlif məlumat dəstləri ilə təsdiqlənir ki, bu da sistematik səhv ehtimalını azaldır.

Daha çox tanınan “Habl gərginliyi”ndən fərqli olaraq — hansı ki, kainatın genişlənmə sürətinin müxtəlif qiymətləndirilmələri ilə bağlıdır — kosmik dipol anomaliyası kosmoloji modelin öz təməlinə toxunur.

“Təəssüf ki, bu problemi sadə düzəlişlərlə aradan qaldırmaq mümkün deyil. Bu, kainatın standart təsvirindən imtina edilməsini və əsas fərziyyələrin yenidən nəzərdən keçirilməsini tələb edə bilər”, deyə alimlər vurğulayıblar.

Yaxın illərdə yeni nəsil missiyalar və teleskoplardan böyük həcmdə yeni məlumatların əldə olunacağı gözlənilir. Alimlər istisna etmirlər ki, yeni kosmoloji modelin axtarışında maşın öyrənməsi metodları mühüm rol oynaya bilər.

Əgər bu nəticələr təsdiqlənsə, kainatın quruluşu və təkamülü ilə bağlı təsəvvürlərimizin köklü şəkildə yenidən baxılmasına gətirib çıxara bilər.(qaynarinfo)

Bənzər Xəbərlər

Maraqlı

Günəş tutulması bu BÜRCLƏRİN həyatını dəyişdirəcək

Avqust 12, 2026
Maraqlı

Yer kürə şəklində deyil, düzdür – ŞOK İDDİA

Avqust 11, 2026
Maraqlı

Pul kisələri dolacaq: Bu bürclər maddi sıxıntıdan çıxacaq

Avqust 11, 2026
Maraqlı

Avqustda karyera yüksəlişinə hazırlaşmalı olan BÜRCLƏR

Avqust 11, 2026
Maraqlı

Saçlarınız tökülürsə, bunları sınayın: 3 təbii üsul

Avqust 10, 2026
Maraqlı

Bu BÜRCLƏR diqqətli olsun

Avqust 10, 2026

XƏBƏR LENTİ

Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ

12 Avqust, 26 / 23:31

Günəş tutulması bu BÜRCLƏRİN həyatını dəyişdirəcək

12 Avqust, 26 / 23:15

Ronaldu 10 illik nişanlısı ilə ilə rəsmən evləndi

12 Avqust, 26 / 23:00

PSJ-nin istədiyi Arda qərarını verdi

12 Avqust, 26 / 22:47

Uitkoff ABŞ-a qaytarılan Robert Gilmanla görüşdü

12 Avqust, 26 / 22:30

Maskın 3 vətəndaşlığı var – milyarderlər hara köçür?

12 Avqust, 26 / 22:17

Boşanmadan əvvəl satılan evə görə boşandıqdan sonra pay tələb etmək olar? – Hüquqşünas açıqladı

12 Avqust, 26 / 22:04

Tramp: İrana etibar etmirəm

12 Avqust, 26 / 21:51

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

12 Avqust, 26 / 20:52

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

12 Avqust, 26 / 20:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.