• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.8° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Mygov” üzərindən bütün dövlət qurumlarına rəsmi məktub göndərə biləcək

03 Dekabr, 25 / 10:47
A A

Ölkədə rəqəmsal hökumət istiqamətində daha bir mühüm yenilik həyata keçirilib. Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək.

Cagdas.az bildirirki, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır.

Proses aşağıdakı kimidir:

· İstifadəçi “mygov”un ana səhifəsində yerləşən xüsusi məktub işarəsi və ya “Daha çox” bölməsindən “Dövlət qurumlarına rəsmi məktub” funksiyasına daxil olur.

· Yeni müraciət yaradır və məktubun ünvanlanacağı qurumu, məktubun başlığını və məzmununu daxil edir.

· Ehtiyac yaranarsa, “Fayl yükləyin” düyməsi ilə məktuba əlavə sənəd yükləyir.

· Məlumatlar təsdiq edildikdən sonra məktub SİMA və ya ASAN rəqəmsal imza vasitəsilə imzalanır və avtomatik olaraq seçilmiş dövlət qurumuna göndərilir.

Hər bir göndərilmiş məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu – yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur.

“Vətəndaş – Dövlət” və “Dövlət – Vətəndaş” kommunikasiya modeli əsasında “mygov”da yaradılmış bu müasir funksionallıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə həyata keçirilir.

Bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur, yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir. Bununla yanaşı, platforma üzərindən ilk ayda təxminən 11 min məktub mübadilə edilib. Ən çox məktub göndərən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öndə gəlir. Vətəndaşlar isə ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və “ASAN Xidmət”ə müraciət ediblər.

Teqlər: mygov

Bənzər Xəbərlər

Cəmiyyət

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

İyun 28, 2026
Cəmiyyət

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

İyun 28, 2026
Cəmiyyət

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

İyun 28, 2026
Cəmiyyət

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

İyun 28, 2026
Cəmiyyət

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

İyun 28, 2026
Cəmiyyət

Masonlar Bakıda toplaşdı –Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirildi / FOTOLAR 

 

İyun 28, 2026

XƏBƏR LENTİ

Nura həmin məşhurları hədəf aldı: “Vallah, sizdə alınmır”

28 İyun, 26 / 22:02

Balkanlarda hərbi gərginlik artır – Vuçiçdən gözlənilməz qərar

28 İyun, 26 / 21:09

Müctəba Xamenei xalqa müraciət etdi: iki liderə ultimatum göndərdi

28 İyun, 26 / 20:40

Şamaxıda torpaq sürüşməsi: Yollar yararsız hala düşdü — VİDEO

28 İyun, 26 / 20:02

Həftənin ilk iş günü hava belə olacaq - PROQNOZ

28 İyun, 26 / 19:28

Arıqlamaq istəyənlərə şad xəbər - Cəmi 7 gün limonu belə yeyin

28 İyun, 26 / 18:59

TƏCİLİ! Medvedevdən Ermənistanla bağlı ŞOK: Ordu yeridilə bilər

28 İyun, 26 / 18:22

Bu imtahan təxirə salındı - DİM-dən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:54

Qrip kimi görünür, amma ölümcül ola bilər – Həkimlərdən XƏBƏRDARLIQ

28 İyun, 26 / 17:29

Əsgər gedəcəklərin DİQQƏTİNƏ: İyulun 1-dən...

28 İyun, 26 / 17:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.