• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
4.8° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

27 Noyabr, 25 / 21:30
A A

Məlum olduğu kimi, noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.

“Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq otelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.

 

Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

“Cagdas.az” “Qafqazinfo”ya istinadla bildirir ki, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli iskələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.

Belə ki, təkərli iskələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.

542185

Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.

Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış  Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.

Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus “Friland Vineyards” şərab zavodu yerləşib. O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına  şərab istehsal edən “Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə  “Friland Vineyards”  həmin müəssisəni alıb. 2022-ci ildə “Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.

Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.

Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də  onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.

Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda yeni virus yayılıb? – Nazirlikdən AÇIQLAMA

May 1, 2026
Cəmiyyət

Parlamentin plenar iclası keçirilir

May 1, 2026
Cəmiyyət

Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

May 1, 2026
Cəmiyyət

Bakıda media ilə bağlı mühüm forum keçirilir

May 1, 2026
Cəmiyyət

Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

May 1, 2026
Cəmiyyət

Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq – SƏBƏB

May 1, 2026

XƏBƏR LENTİ

Azərbaycanda yeni virus yayılıb? – Nazirlikdən AÇIQLAMA

01 May, 26 / 12:46

Parlamentin plenar iclası keçirilir

01 May, 26 / 12:33

Bakıda güclü külək əsəcək – XƏBƏRDARLIQ

01 May, 26 / 12:18

Bakıda media ilə bağlı mühüm forum keçirilir

01 May, 26 / 12:03

Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

01 May, 26 / 11:52

Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq – SƏBƏB

01 May, 26 / 11:38

Ehtiyatdan çağırılan hərbçilərin toplanışı başa çatdı – FOTO

01 May, 26 / 11:25

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? – Video

01 May, 26 / 11:10

Müavinətlərlə bağlı VACİB XƏBƏR – Bu gündən RƏSMİLƏŞDİ

01 May, 26 / 10:56

Deputatlar bu gün 8 vacib məsələni müzakirə edəcəklər

01 May, 26 / 10:41
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.