Katolik dünyasının ruhani lideri Papa XIV Leo bildirib ki, “dünya bir ovuc zorba tərəfindən viran edilsə də, bir-birinə dəstək olan saysız-hesabsız insanların sayəsində ayaqda qalır”.
Çağdaş.Az xəbər verir ki, Papa Afrika səfərinin ikinci dayanacağı olan Kamerunun Bamenda şəhərində yerləşən Saint Josep Katedralində keçirilən sülh görüşündə çıxış edib.
O bildirib: “İsa ‘Nə xoşbəxtdir sülh yaradanlar’ deyib. Amma Tanrının adından istifadə edərək dini öz hərbi, iqtisadi və ya siyasi maraqları üçün manipulyasiya edənlərin vay halına.”
Papa müqəddəs dəyərlərin qaranlığa sürükləndiyini vurğulayaraq deyib: “Bəli, əziz qardaşlarım, ədalətə susayanlar, yoxsullar, mərhəmətli, təvazökar və saf qəlbli olanlar, göz yaşı tökənlər – siz dünyanın işığısınız. Dünya bir ovuc zorba tərəfindən viran edilsə də, bir-birinə dayaq olan saysız qardaşlar sayəsində ayaqda qalır.”
O həmçinin qeyd edib ki, “müharibə ağaları dağıtmağın bir an çəkdiyini, lakin yenidən qurmağın bəzən bir ömrə yetmədiyini görməzdən gəlir”.
“İqtidar sahibləri öldürmək və dağıtmaq üçün xərclənən milyardlarla dolları görür, lakin sağalma, təhsil və yenidənqurma üçün lazım olan resurslar tapılmır,” – deyə Papa əlavə edib.
Kamerun səfəri çərçivəsində Papa XIV Leonın sabah ölkənin iqtisadi paytaxtı Douala şəhərinə səfər edəcəyi gözlənilir.
Afrika turu çərçivəsində Papa daha sonra Anqola və Ekvatorial Qvineyana səfər edəcək.
















