Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

Paşinyan: “Azərbaycanla aramızda sülh artıq təsis olunub”

Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh münasibətlərinə keçdiyini rəsmi şəkildə təsdiqləyib.

Cagdas.az xəbər verir ki, o, bu barədə parlamentdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edib.

Paşinyanın sözlərinə görə, hazırkı mərhələdə əsas hədəf sülhü qorumaq, möhkəmləndirmək və institusional səviyyədə rəsmiləşdirməkdir.

Baş nazir bildirib ki, Ermənistan “geopolitik tələdən çıxarılıb” və ölkə qarşısında yeni imkanlar açılıb:

“Artıq Ermənistanın inkişaf vizionunu xalq özü müəyyən edə bilər. Xalq sülhü seçkilərdə müdafiə etməlidir və mən əminəm ki, bunu edəcək”.

Paşinyan sülhün Ermənistan xalqının, övladlarının və gələcək nəsillərin təhlükəsizliyi üçün yeganə doğru yol olduğunu vurğulayıb və bunun keçmişin qurbanlarına ən böyük hörmət olduğunu qeyd edib.