Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın ortalarında ABŞ-ın Mayami şəhərində keçiriləcək G20 sammitində iştirak edəcək. O, Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirə dəvət olunduğunu açıqlayıb.
Cagdas.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 19-da keçirdiyi brifinqdə danışıb.
Ermənistan hökumətinin başçısı “Böyük iyirmilik” ölkələrinin toplantısında iştirak etmək dəvətini böyük şərəf hesab etdiyini və tədbirə mütləq qatılacağını bildirib.
Paşinyan qeyd edib ki, sammitə Azərbaycan və Qazaxıstan liderləri də dəvət olunublar. Rusiya isə G20-nin üzvüdür.\modern.az\


