Son dəqiqə
Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
Reklam
Reklam

Pelleqrini: Slovakiya Azərbaycanın ərazi bütövlüyünə və münaqişənin sülh yolu ilə həllinə dəstək göstərib

Siyasət

Slovakiyanın Prezidenti Peter Pelleqrini Azərbaycanla olan tərəfdaşlığı təbii tərəfdaşlıq kimi qiymətləndirib.

“Cagdas.az” xəbər verir ki, Prezident bu barədə Bratislavada Azərbaycan dövlət başçısı İlham Əliyevin şərəfinə veilən rəsmi ziyafətdə deyib.

“Şəxsi təmaslarımız vasitəsilə illər boyunca qurduğumuz Slovakiya-Azərbaycan tərəfdaşlığı təbii bir tərəfdaşlıq kimi görünür və istənilən ab-havada daimi xarakter daşıyır. Biz həmişə sizin ərazi bütövlüyünüzə və münaqişənin davamlı, sülh yolu ilə həllinə dəstək göstərmişik. Avqustda imzalanmış razılaşma “sülhə nail olmaq mümkündür” kimi güclü mesaj verən böyük bir nailiyyətdir. Bu da dünyanın digər yerlərində bizlər üçün bir ilham mənbəyi olmalıdır. Enerji təchizatımız təhlükə altında olduqda biz Sizə müraciət edə bilərik”, – o əlavə edib.