Son dəqiqə
Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir Bolqarıstanın “Botev Plovdiv” klubunun prezidenti silahlı hücum nəticəsində öldürülüb
Reklam
Reklam

Polisin tapdığı itkin şəxs ailəsinə necə qaytarılır? – RƏSMİ AÇIQLAMA

Cəmiyyət

Son günlər sosial şəbəkələrdə itkin düşən şəxslərin ailəsinə qaytarılması ilə bağlı müzakirələr aparılır. Əsasən tapılan şəxsin ailəsinə qaytarılması prosesində onun fikrinin öyrənilməsi əsas gətirilir. Bəlkə həmin şəxs ailəsinə qayıtmaq istəmir?

Cagdas.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bu məsələyə aydınlıq gətirib.

E.Hacıyev bildirib ki, itkin düşmüş kimi axtarışı aparılan və polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilən şəxslərlə bağlı gündəlik hesabat verilir:

“Bu şəxslərlə bağlı soruşulur ki, bəlkə həmin adam ailəsinə qayıtmaq istəmir, polis hansı tədbirləri görür? Polis əməkdaşları yetkinlik yaşına çatmış, yaxud digər yaş kateqoriyasında olan şəxsi heç vaxt məcburi şəkildə ailəsinə təhvil vermir. Axtarışda olan şəxs tapıldıqda, ilk növbədə onun sağlamlığı yoxlanılır, ailəsi ilə ünsiyyətdə öz iradəsi ilə olub-olmadığı müəyyən edilir.

Zorakılıq ehtimalı varsa, araşdırılır və həmin şəxs ailə mühitinə qaytarılmır, əksinə, müdafiə mexanizmləri işə düşür. Yəni məqsəd kimisə kiməsə təhvil vermək deyil, şəxsin təhlükəsizliyini təmin etməkdir. Hər kəsin iradəsinə hörmət olunur və zorakılıqla bağlı ən kiçik şübhə belə diqqətdən kənarda qalmır, qalmamalıdır”.