• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Prezident təqaüdü üçün şəhid ailələrindən tələb olunan sənədlər

16 Sentyabr, 26 / 19:51
A A

Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyini üçün təqdim edilməli olan sənədlər müəyyənləşib.

Cagdas.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edib.

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

– minatəmizləyənin minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmasını və ya bu zaman aldığı xəsarətdən həyatını itirməsini təsdiq edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilən arayış;

– minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin ölüm haqqında şəhadətnaməsinin surəti;

– minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə özünün doğum haqqında şəhadətnaməsinin, baba və nənələrinə münasibətdə özünün və birinci növbədən digər qohumlarının doğum haqqında və ölüm haqqında şəhadətnamələrinin, habelə vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;

– minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin dul arvadı (əri) ilə nikahı haqqında şəhadətnamə;

– minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;

– minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.

Qeyd edək ki, sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı onları almaq hüququ olan şəxslərin (18 yaşınadək uşaqlara, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərə münasibətdə onların valideynlərindən birinin və ya digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun (və ya himayəçinin)) həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə yazılı, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə qeyd edilən formada yazılı müraciəti əsasında Fond tərəfindən aparılır.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Büdcə gəlirləri artır – Maaş və müavinət də artacaqmı?

Sentyabr 16, 2026
Cəmiyyət

Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub

Sentyabr 16, 2026
Cəmiyyət

Azərbaycanda yay geri qayıdır – Sabah 35 dərəcə isti olacaq

Sentyabr 16, 2026
Cəmiyyət

Avropa Ermənistanı aldadacaq – Lavrov

Sentyabr 16, 2026
Cəmiyyət

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar

Sentyabr 16, 2026
Cəmiyyət

Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Sentyabr 16, 2026

XƏBƏR LENTİ

Büdcə gəlirləri artır – Maaş və müavinət də artacaqmı?

16 Sentyabr, 26 / 21:09

Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub

16 Sentyabr, 26 / 20:56

Azərbaycanda yay geri qayıdır – Sabah 35 dərəcə isti olacaq

16 Sentyabr, 26 / 20:42

Avropa Ermənistanı aldadacaq – Lavrov

16 Sentyabr, 26 / 20:31

Magistratura və doktoranturanı bitirən zabitlər rütbəni 1 il tez alacaqlar

16 Sentyabr, 26 / 20:17

Ermənistan Azərbaycandan qaz almağa hazırdır

16 Sentyabr, 26 / 20:04

Prezident təqaüdü üçün şəhid ailələrindən tələb olunan sənədlər

16 Sentyabr, 26 / 19:51

Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

16 Sentyabr, 26 / 19:38

Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

16 Sentyabr, 26 / 19:24

Rusiya bu ölkələrdə terror törətmək istəyib – İDDİA

16 Sentyabr, 26 / 19:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.