• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qarabağda məskunlaşanların sayı artır – daha 3350 ailə köçürülüb

15 Sentyabr, 26 / 21:44
A A

Artıq ikinci ildir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Uzun müddət işğal altında qalan bu yaşayış məntəqələrimiz artıq inkişaf mərhələsinə qədəm qoyub. İntensiv məskunlaşma nəticəsində Qarabağda yaşayan, işləyən və təhsil alan vətəndaşlarımız sayı artmaqdadır. Hazırda 100 minə yaxın vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır. Onların 40 mini keçmiş məcburi köçkünlərdir.

Cagdas.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov

Deputat qeyd edib ki, hazırda işğaldan azad olunan ərazilərimizdə 9858 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb:

“Ağdərə rayonunda 965 ailə və ya 3763 keçmiş məcburi köçkün vətəndaşımız yaşayır. Onlardan 550 nəfəri Aşağı Oratağ kəndində, 204 nəfəri Çapar kəndində, 165 nəfəri Çıldıran kəndində, 205 nəfəri Heyvalı kəndində, 1180 nəfəri Həsənriz kəndində, 175 nəfəri Kolatağ kəndində, 592 nəfəri Suqovuşan kəndində, 90 nəfəri Talış kəndində və 602 nəfəri isə Vəngli kəndində məskunlaşıb.

Xankəndi şəhərində 542 nəfər nəfər, Kərkicahan qəsəbəsində isə 210 nəfər məskunlaşıb. 4993 nəfərin məskunlaşdığı Xocalı rayonunun Ballıca kəndində 1096 vətəndaşımız yaşayır. Xocalı şəhərində isə 651 nəfər məskunlaşıb. 4265 keçmiş məcburi köçkün vətəndaşımız isə Xocavənd rayonuna geri qayıdıb. 1706 nəfərin məskunlaşdığı Xocavənd şəhəri ilə yanaşı Qırmızı bazar qəsəbəsində intensiv məskunlaşma müşahidə edilir. Artıq sözügedən qəsəbənin 951 nəfər sakini var”.

V.Bayramovun sözlərinə görə, yalnız bu ilin ilk 8 ayında işğaldan azad edilmiş ərazilərə 3350 ailə və ya 13778 nəfər köçürülüb, bu isə intensiv məskunlaşmanın bu ildə də davam etdiyindən xəbər verir:

“Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Payızda peyvənd olunmaq lazımdır – Yayılan xəstəliklə bağlı nazirlikdən AÇIQLAMA

Sentyabr 15, 2026
Cəmiyyət

Buzlaqların əriməsi sürətlənib – 2 milyard insan risk altındadır

Sentyabr 15, 2026
Cəmiyyət

Xırdalanda qumbara partladı – 19 yaşlı qız öldü

Sentyabr 15, 2026
Cəmiyyət

Ermənistan malları üçün güzəştlər təsdiqləndi

Sentyabr 15, 2026
Cəmiyyət

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

Sentyabr 15, 2026
Cəmiyyət

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Payızda peyvənd olunmaq lazımdır – Yayılan xəstəliklə bağlı nazirlikdən AÇIQLAMA

15 Sentyabr, 26 / 22:32

Buzlaqların əriməsi sürətlənib – 2 milyard insan risk altındadır

15 Sentyabr, 26 / 22:21

Xırdalanda qumbara partladı – 19 yaşlı qız öldü

15 Sentyabr, 26 / 22:00

Qarabağda məskunlaşanların sayı artır – daha 3350 ailə köçürülüb

15 Sentyabr, 26 / 21:44

Ermənistan malları üçün güzəştlər təsdiqləndi

15 Sentyabr, 26 / 19:19

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

15 Sentyabr, 26 / 19:06

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

15 Sentyabr, 26 / 18:53

Bakıda avtobus zolağını bəyənməyib yarışa çıxan sürücülərlə bağlı tədbir görülüb – RƏSMİ AÇIQLAMA – VİDEO

15 Sentyabr, 26 / 18:38

Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaq

15 Sentyabr, 26 / 18:26

Borclunun qiymətli kağızlarına həbs qoyulacaq

15 Sentyabr, 26 / 18:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.