Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

Qazaxıstan və İran arasında 8 əməkdaşlıq müqaviləsi imzalandı

Dünya

İran prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfərə çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Qazaxıstan və İran hökumətləri arasınsa qarşılıqlı hüquqi yardım, nəqliyyat və logistika, yük daşınması, ədliyyə, səhiyyə, mədəniyyət və media kimi sektorlarda, eləcə də xarici işlər nazirliklərinin əməkdaşlıq proqramında ümumilikdə səkkiz əməkdaşlıq müqaviləsi imzalanıb.

İran prezidenti Məsud Pazeşkian Qazaxıstana rəsmi səfər edib.

Pezeşkian üçün paytaxt Astanadakı Akorda Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

Mərasimdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev əvvəlcə iranlı həmkarı ilə təkbətək, daha sonra isə nümayəndə heyətləri arasında görüş keçirib.

Danışıqlardan sonra iki lider “Birgə Bəyanat” imzalayıb və mətbuat konfransı keçirib.